Süni intellektdən istifadə kifayət etmir - Milli AI ekosistemi qurulmalıdır

Süni intellektdən istifadə kifayət etmir - Milli AI ekosistemi qurulmalıdır"Bu gün Azərbaycanda süni intellekt (AI) sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət inkişaf müşahidə olunur. Lakin etiraf etməliyik ki, hazırda biz daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr arasında isə hələ yer almırıq".

Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.

O, qeyd edib ki, hazırda həm dövlət qurumlarında, həm də özəl sektorda AI həllərinin tətbiqi genişlənir. Elektron xidmətlərdə, bank sektorunda, kibertəhlükəsizlik sahəsində, müştəri xidmətlərində və müxtəlif dövlət layihələrində süni intellektdən istifadə getdikcə artır. Bu, əlbəttə ki, sevindirici tendensiyadır:

"Lakin texnologiyadan istifadə etməklə onu yaratmaq arasında ciddi fərq var. Hesab edirəm ki, Azərbaycanın əsas prioriteti artıq hazır AI platformalarından istifadənin genişləndirilməsi deyil, yerli mütəxəssislərin yetişdirilməsinə, elmi tədqiqatlara və milli texnologiyaların inkişafına investisiya qoyulması olmalıdır. Çünki yaxın gələcəkdə rəqabət yalnız AI istifadəçiləri arasında deyil, AI texnologiyalarını yaradan və ixrac edən ölkələr arasında gedəcək.

Bunun üçün isə təkcə proqramçıların olması kifayət etmir. Süni intellekt böyük həcmdə keyfiyyətli məlumat bazaları, güclü server infrastrukturu, yüksək məhsuldarlıqlı hesablama sistemləri və elm, universitetlər, dövlət və özəl sektor arasında sıx əməkdaşlıq tələb edir. Belə bir ekosistem formalaşmadıqca, ən peşəkar mütəxəssislər belə xarici platformalardan asılı qalacaqlar.

Digər mühüm məsələ isə Azərbaycan dilidir. Dünyada istifadə olunan iri süni intellekt modellərinin böyük əksəriyyəti ingilis dili əsasında hazırlanıb. Bu səbəbdən Azərbaycan dilində yüksək keyfiyyətli AI sistemlərinin yaradılması, milli məlumat bazalarının formalaşdırılması və yerli texnoloji həllərin hazırlanması ölkənin rəqəmsal inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 624   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

16:20 168
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

17:40 129
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 224
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 254
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

19:40 0
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 227
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 272
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 103
.