Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar - 11 nəfər ittiham edilir

Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar - 11 nəfər ittiham edilirQanunsuz zəbt etdikləri dövlət torpaqlarını satmaqda ittiham olunan 11 nəfər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət işi həmin nazirliyin tabeliyində fəaliyyət göstərən "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin istifadəsində olan, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz zəbt edilərək ayrı-ayrı şəxslərə satılması faktları üzrə istintaq olunub.

İbtidai istintaqla 11 nəfərin - Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil oğlu, İsmayılov Araz Əziz oğlu, Quliyev Amin Fərhad oğlu, Məmmədov Arif Ələsdan oğlu, Rəsulov Vidadi Əlqəmə oğlu, Qəhrəmanov İlqar İsmayıl oğlu, Vahidov Orxan Mustafa oğlu, Dəmirov Ceyhun İkram oğlu və Novruzov Səfa Abbasqulu oğlunun dələduzluq və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını pozma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Qalib Əliyev, Anar Hüseynov və Ceyhun Əşrəfov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Daha sonra onlar Araz İsmayılov, Amin Quliyev, Arif Məmmədov və Vidadi Rəsulovla birlikdə həmin torpaq sahələrinin özlərinə məxsus olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.

Bundan başqa, İlqar Qəhrəmanov, Orxan Vahidov və Ceyhun Dəmirov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 4 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Sonradan onlar Səfa Novruzov, Amin Quliyev və Vidadi Rəsulovla birgə həmin torpaq sahələrinin özlərinə məxsus olduğunu yalandan bildirməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb, onlara məxsus pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.

Toplanmış sübutlar əsasında adları qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 188.3 (kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və digər maddələri ilə ittiham elan olunub.

Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı görülmüş tədbirlər nəticəsində 20 hektardan artıq dövlət mülkiyyətində olan torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin istifadəsinə geri qaytarılıb. Bununla yanaşı, cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi də təmin edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 672   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

16:20 168
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

17:40 129
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 224
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 254
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

19:40 0
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 227
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 272
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 103
.