"Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində ABŞ administrasiyasının fəallığı diqqət çəkir" - BƏHRUZ QULİYEV

"Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində ABŞ administrasiyasının fəallığı diqqət çəkir" - BƏHRUZ QULİYEV"ABŞ-ın Müstəqillik Gününün və dövlətçiliyinin 250 illik yubileyi təkcə Amerika xalqı üçün deyil, beynəlxalq münasibətlər sistemi baxımından da mühüm siyasi əhəmiyyət daşıyan bir tarixdir. Bu gün ABŞ qlobal siyasətin aparıcı aktorlarından biri olaraq müxtəlif regionlarda təhlükəsizlik, iqtisadi əməkdaşlıq və sülh təşəbbüslərində iştirak edir. Cənubi Qafqaz da Vaşinqtonun son dövrlərdə daha çox diqqət yetirdiyi geosiyasi məkanlardan biridir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində ABŞ administrasiyasının fəallığı diqqət çəkir" - BƏHRUZ QULİYEVEkspert bildirib ki, Azərbaycan ilə ABŞ arasında münasibətlər də son dövrlərdə daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yeni mərhələyə qədəm qoyur. Xüsusilə enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-kommunikasiya layihələri və iqtisadi əməkdaşlıq istiqamətində dialoqun intensivləşməsi iki ölkə arasında münasibətlərin inkişaf etdiyini göstərir. Azərbaycanın regionda yaratdığı yeni reallıqların ABŞ tərəfindən daha obyektiv qiymətləndirilməsi də bu prosesə müsbət təsir göstərən amillərdəndir.

Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində ABŞ administrasiyasının fəallığı diqqət çəkir. "Xüsusilə, Prezident Donald Trampın vasitəçilik təşəbbüsləri çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək verilməsi, sülh sazişinin paraflanması istiqamətində aparılan diplomatik səylər, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq səviyyədə nümayiş etdirilən maraq regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür təşəbbüslər reallaşacağı təqdirdə Cənubi Qafqazın iqtisadi və geosiyasi əhəmiyyətini daha da artıracaq, regionun qlobal nəqliyyat və ticarət şəbəkəsində rolunu gücləndirəcək.

Azərbaycan hər zaman qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə əsaslanan əməkdaşlığın tərəfdarı olub. ABŞ-ın da regiona məhz bu prinsiplərdən yanaşması iki ölkə arasında etimadın möhkəmlənməsinə və strateji əməkdaşlığın genişlənməsinə xidmət edə bilər.

ABŞ-ın 250 illik yubileyi münasibətilə Amerika xalqını təbrik edir, ölkələrimiz arasında münasibətlərin bundan sonra da qarşılıqlı maraqlar, etibarlı tərəfdaşlıq və regional sülhə xidmət edən siyasət əsasında inkişaf edəcəyinə inanıram. Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın genişlənməsi yalnız iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın möhkəmlənməsinə mühüm töhfə verə bilər." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 632   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

16:20 168
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

17:40 129
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 224
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 254
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

19:40 0
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 227
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 272
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 103
.