Əri onun aldığı pendirdən zəhərlənib öldü - Firmadan təzminat TƏLƏBİ

Əri onun aldığı pendirdən zəhərlənib öldü - Firmadan təzminat TƏLƏBİBöyük Britaniyada bir qadın sevgililər günündə həyat yoldaşına hədiyyə etdiyi pendirin onun ölümünə səbəb olduğunu iddia edərək istehsalçı şirkətə qarşı 200 min funt sterlinqdən çox məbləğdə təzminat iddiası qaldırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, iddiaya görə, Karina Parksın həyat yoldaşı Rocer Parks listeriya bakteriyası ilə çirklənmiş pendiri qəbul etdikdən sonra həyatını itirib.

Məlumata görə, qadın 2023-cü ilin fevral ayında Uiltşir qraflığında fəaliyyət göstərən istehsalçının hazırladığı kustar pendirlərdən ibarət hədiyyə dəstini alaraq həyat yoldaşına bağışlayıb. Qərbi Sasseksdə yaşayan rəssam Rocer Parks bir neçə gün ərzində dəstdə olan Baronet Reblochon pendirini yedikdən sonra özünü pis hiss etməyə başlayıb və fevralın 21-də xəstəxanaya yerləşdirilib.

İki gün sonra həkimlər ona Listeria bakteriyasının törətdiyi listerioz diaqnozu qoyublar. Antibiotik müalicəsinə və həkim nəzarətinə baxmayaraq, kişi xəstəxanaya yerləşdirildikdən altı gün sonra vəfat edib.

2024-cü ildə aparılan araşdırma zamanı məlum olub ki, Rocer Parkın istifadə etdiyi pendir listeriya bakteriyası ilə çirklənib və qida kimi istifadəyə yararsız olub. Rəsmi ekspertiza ölümün çoxorqan çatışmazlığı və infeksiyanın törətdiyi meningit nəticəsində baş verdiyini müəyyən edib.

Hadisədən sonra istehsalçı şirkət Böyük Britaniyanın Qida Standartları Agentliyinin vasitəsilə Baronet Reblochon pendirinin həmin partiyasını satışdan geri çağırıb. Bildirilib ki, bu məhsulu qəbul etdikdən sonra daha iki nəfər də xəstələnib. Bununla belə, şirkət məhsulun listeriya ilə çirkləndiyini etiraf etsə də, məhz həmin pendirin Rocer Parkın ölümünə səbəb olduğunu qəbul etmir.

Şirkət nümayəndələri bildirirlər ki, mərhum bundan əvvəl ağır aorta əməliyyatı keçirib, ürək və böyrək çatışmazlığından, eləcə də digər xroniki xəstəliklərdən əziyyət çəkib. Onların fikrincə, ölümün əsas səbəbi məhz bu sağlamlıq problemləri ola bilər.

Qadının vəkilləri isə istintaqın nəticələrinə istinad edərək bildirirlər ki, pendirin istehsalı zamanı yol verilən nöqsanlar məhsulun listeriya ilə çirklənməsinə səbəb olub. Onların iddiasına görə, şirkət təhlükəli məhsulu vaxtında satışdan çıxarmadığı üçün həmin pendir istehlakçıya çatıb.

Mütəxəssislərin sözlərinə görə, listerioz çirklənmiş qida məhsullarının qəbulu nəticəsində yaranan infeksion xəstəlikdir. Əksər hallarda hərarət, əzələ ağrıları, ürəkbulanma və ishal kimi əlamətlərlə müşayiət olunur. Lakin yaşlı insanlar, hamilə qadınlar, yeni doğulmuş körpələr və immun sistemi zəif olan şəxslər üçün meningit, sepsis və çoxorqan çatışmazlığı kimi ağır fəsadlara səbəb ola bilər.

Bildirilib ki, tərəflər məhkəməyədək razılığa gələ bilməsələr, işə London Ali Məhkəməsində baxılacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

16:20 168
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

17:40 129
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 224
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 254
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

19:40 0
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 227
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 272
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 103
.