Valideynlərin əsas sualı: Telefon olmadan övladımız nə dərəcədə təhlükəsizdir?
"Məktəblərdə mobil telefonlardan istifadənin qadağan olunması təhsil mühitinin sağlamlaşdırılması istiqamətində atılmış cəsarətli addım kimi qiymətləndirilə bilər. Lakin bu qərarın təhlükəsizlik aspekti tam şəkildə təmin olunmadıqda, həm valideynlər, həm də cəmiyyət üçün ciddi narahatlıq doğurur".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, bu gün mobil telefon yalnız rabitə vasitəsi deyil. O, valideynlər üçün övladları ilə operativ əlaqə saxlamaq, fövqəladə hallarda onlara çatmaq və lazım gəldikdə uşağın yerini müəyyən etmək baxımından mühüm təhlükəsizlik alətinə çevrilib. Əgər məktəb rəhbərliyi şagirdlərin təhlükəsizliyini bütün hallarda təmin edə bilmirsə, məktəb daxilində və ya ətrafında baş verə biləcək hər hansı xoşagəlməz hadisə zamanı valideynlə övlad arasında birbaşa əlaqənin olmaması etimadsızlıq yarada bilər. Bu vəziyyət valideynlərdə narahatlıq hissini daha da gücləndirir:
"Digər tərəfdən, qadağanı dəstəkləyənlərin arqumentləri də kifayət qədər əsaslıdır. Mobil telefonlar dərs prosesində diqqətin yayınmasına səbəb olur, kiberbullinq, sosial şəbəkələrdən sui-istifadə və digər mənfi halların yaranması riskini artırır. Lakin təhlükəsizlik mexanizmləri kifayət qədər güclü olmadığı halda, telefonların qadağan edilməsi tərbiyəvi məqsəddən daha çox, valideynlə məktəb arasındakı kommunikasiya imkanlarını məhdudlaşdıran amilə çevrilə bilər.
Əgər məktəb şagirdlərin mobil telefonlardan istifadəsini məhdudlaşdırırsa, bunun qarşılığında daxili təhlükəsizlik sistemini də eyni səviyyədə gücləndirməlidir. Məktəbdə müşahidə kameralarının effektiv fəaliyyəti, operativ nəzarət sistemi, fövqəladə hallarla bağlı xəbərdarlıq mexanizmləri və valideynlərlə sürətli kommunikasiya imkanları təmin edilməlidir. Yalnız bu halda valideynlər "övladım məktəbdə təhlükəsizdirmi?" sualına arxayınlıqla müsbət cavab tapa bilərlər.
Nəticə etibarilə, məktəblərdə mobil telefonların qadağan edilməsi yalnız daxili təhlükəsizlik sistemi yüksək səviyyədə qurulduğu, şagirdlərin hüquq və təhlükəsizliyi etibarlı şəkildə qorunduğu və valideynlərdə tam inam formalaşdığı halda uğurlu qərar sayıla bilər. Əks təqdirdə, texnologiyanın qadağan olunması problemi həll etmir, əksinə, valideynlərin narahatlığını və məktəbə olan etimadsızlığını daha da artırır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 628 Tarix: 02 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
16:20 168 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
17:40 129 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
19:50 0 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 224 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 254 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
19:40 0 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 227 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 272 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
18:40 103