Yevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib

Yevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilibYevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə təntənəli tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Rayon Polis Şöbəsinin rəisi Rüstəm Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin şəxsi heyəti və polis veteranları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlvə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, Dahi Şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Yevlax rayon Polis Şöbəsinin inizbati binasında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun təbriki Yevlax rayon Polis Şöbəsinin şəxsi heyətinə çatdırılıb. Tədbirdə Azərbaycan polisinin keçdiyi tarixi inkişaf yoluna həsr olunmuş film nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək Azərbaycan polisinin 108 illik şərəfli inkişaf yolundan, dövlətçiliyin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində mühüm xidmətlərindən danışıb. Bildirib ki, bu əlamətdar günün qeyd olunmasının əsası Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəhər İcra Hakimiyyətinin Başçısı eyni zamanda qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasəti bütün sahələrdə uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarında həyata keçirilən islahatlar polis xidmətinin daha da təkmilləşdirilməsinə, peşəkarlığın artırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.
Yevlax Rayon Polis Şöbəsinin rəisi, Polis Polkovniki Rüstəm Cəfərov polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara məsuliyyətli xidmətlərində uğurlar arzulayıb, polis orqanlarına göstərilən yüksək dövlət qayğısına görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə minnətdarlığını ifadə edib, şəxsi heyətin bundan sonra da dövlətə, xalqa və qanunçuluğa sədaqətlə xidmət edəcəyini bildirib.
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onların dövlətə, xalqa və qanuna sədaqətlə xidmət etdiklərini, cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rol oynadıqlarını qeyd edib.
Digər çıxış edənlər Azərbaycan Polisinin fəaliyyətini yüksək qiymətləndirərək şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Yevlax rayon Polis Şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunub.

Yevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilibYevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilibYevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilibYevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilibYevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilibYevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilibYevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilibYevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilibYevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 642   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

16:20 168
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

17:40 129
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 224
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 254
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

19:40 0
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 227
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 272
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 103
.