AI ilə söhbət rahatladır, bəs müalicə edə bilərmi?
"Süni intellektlə söhbət etmək, ondan məsləhət almaq və fikirlərini bölüşmək mümkündür. Bir çox insan üçün bu, müəyyən mənada rahatladıcı təsir göstərə bilər. Çünki süni intellekt günün 24 saatı əlçatandır, istifadəçini mühakimə etmir və suallara səbirli şəkildə cavab verir. Lakin burada diqqətdən qaçırılmamalı olan vacib məqam var: süni intellekt psixoloq deyil".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib.
O, qeyd edib ki, texniki baxımdan süni intellekt böyük həcmdə məlumatlar əsasında öyrədilmiş bir modeldir. O, emosiyaları hiss etmir, empatiya yaşamır, klinik diaqnoz qoymur və peşəkar məsuliyyət daşımır. Verdiyi cavablar istifadəçinin təqdim etdiyi məlumatlar və öyrədildiyi məlumat bazası əsasında formalaşan ehtimal xarakterli cavablardır. Buna görə də insanın psixoloji vəziyyətini dərindən təhlil edərək tibbi və ya psixoloji qərar vermək səlahiyyətinə malik deyil. Məhz bu səbəbdən süni intellekti "mənim psixoloqumdur" kimi qəbul etmək düzgün yanaşma hesab olunmur:
"Bununla belə, süni intellekt müəyyən hallarda faydalı dəstək vasitəsi ola bilər. Məsələn, stressin idarə olunması, vaxtın planlaşdırılması, özünüinkişaf və ümumi psixoloji rifahla bağlı məlumat almaq üçün ondan istifadə etmək mümkündür. Ancaq depressiya, travma, panik atak, uzunmüddətli narahatlıq və digər ciddi psixoloji problemlər zamanı mütləq ixtisaslı psixoloq və ya psixiatrın köməyinə müraciət edilməlidir. Süni intellekt heç bir halda peşəkar terapevtin yerini tuta bilməz.
Diqqət yetirilməli digər mühüm məqam isə bəzi insanların zamanla real sosial münasibətlər əvəzinə süni intellektlə ünsiyyətə üstünlük verməsi riskidir. Bu tendensiya uzunmüddətli perspektivdə sosial izolyasiyaya, emosional asılılığa və insanların canlı ünsiyyət bacarıqlarının zəifləməsinə səbəb ola bilər. Xüsusilə uşaqlar və gənclər arasında bu balansın qorunması böyük əhəmiyyət daşıyır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 609 Tarix: 02 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
16:20 168 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
17:40 129 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
19:50 0 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 224 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 254 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
19:40 0 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 227 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 272 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
18:40 103