Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib

Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyibSumqayıt şəhərində yerləşən "Liman Klinikası" qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə belə qərar qəbul edib.

İş üzrə iddiaçı Nuridə Zülfüqarovadır. Zülfüqarova 2024-cü ildə "Liman Klinikası"nda cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı olunub. Lakin əməliyyatdan sonra onun sol gözündə çəplik yaranıb.

Sonradan rayon prokurorluğunda araşdırma aparılsa da, yekunda cinayət işinin başlanmasından imtina edilib. Lakin məhkəmə-tibb ekspertizası əməliyyatın qüsurlu aparıldığını təsdiq edib.

Fotoda: Əfqan Ağagülov

Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyibİddiaçının vəkili Anar Məmişov ekspert rəyini də məhkəməyə təqdim edib. Bundan əlavə, vəkil əməliyyatdan sonra çəkilən xərcləri də sadalayıb. İddiaçı tərəf dəymiş zərərin əvəzi kimi konkret olaraq "Liman Klinikası"ndan və cərrah Əfqan Ağagülovdan 40 min manat maddi, 10 min manat mənəvi təzminat tələb edib.

Cavabdehlər isə təzminat tələbi ilə razılaşmayıb. Əfqan Ağagülovun sözlərinə görə, iddiaçı əməliyyatdan sonra düzgün müalicə olunmayıb, dərmanları qəbul etməyib. Bu səbəbdən də sonradan gözündə qüsur ortaya çıxıb.
Sumqayıt Şəhər Məhkəməsi yekunda iddia ərizəsini qismən təmin edib. Qərara əsasən, "Liman Qrup" MMC iddiaçıya maddi zərərə görə 28 574 manat, mənəvi zərərə görə isə 3 000 manat ödəməlidir. Həkim Əfqan Ağagülova qarşı iddia isə təmin edilməyib. Məhkəmə qeyd edib ki, həkim klinikanın işçisi olduğundan vurulmuş zərərə görə məsuliyyəti işəgötürən daşıyır.

Bu qərar apellyasiya və ali instansiya məhkəmələrində təsdiqlənib.

Qeyd edək ki, sözügedən şikayətlə bağlı "Qafqazinfo"ya zərərçəkənin qızı Ramilə Məmmədova 2 il əvvəl müraciət etmişdi. 54 yaşlı anasının II qrup əlil olduğunu vurğulayan övladı onun 35 ildən çox bağça müəllimi kimi fəaliyyət göstərdiyini qeyd etmişdi. Şikayətçi əməliyyatdan sonra yaranan problemlə bağlı həkimə müraciət etdiklərində onlara "gözləyin, düzələcək" cavabının verildiyini əlavə etmişdi.

Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 905   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

16:20 168
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

17:40 129
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 224
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 254
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

19:40 0
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 227
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 272
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 103
.