Deniz Göktaş saxlanıldı

Deniz Göktaş saxlanıldıTürkiyəli komediyaçı Deniz Göktaş stand-up çıxışında "Qurani-Kərim" və vəhy prosesi ilə bağlı səsləndirdiyi fikirlərə görə saxlanılıb.

"Qafqazinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, xaricdən Türkiyəyə qayıdan Göktaş İstanbul Hava Limanında pasport nəzarəti zamanı saxlanılıb.

Məlumata görə, İstanbul Baş Prokurorluğu komediyaçının sosial media hesablarında paylaşdığı videoda cinayət tərkibi müəyyən edib.

Qeyd edək ki, bir neçə gün öncə Deniz Göktaşın müqəddəs kitabları müqayisə edərək vəhy prosesi haqqında dediyi sözlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Dini dəyərləri açıq şəkildə təhqir etdiyinə görə onun barəsində istintaq araşdırması başlanılmış, bu səbəbdən komediyaçının ölkədən qaçması ilə bağlı iddialar da yayılmışdı. D.Göktaş isə X hesabında tətilə getdiyini açıqlamışdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 124   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səidə Bəkiqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA - ÖZƏL

Tanınmış teleaparıcı, "Bax Da" və "Əsas TV" kanallarının rəhbəri Səidə Bəkirqızı blogger Sevinc Hüseynovanı məhkəməyə verib. Buna səbəb bloggerin aparıcının ünvanına təhqiramiz ifadələr səsləndirməsi olub. BİG.AZ məsələ ilə bağlı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb. Aparıcı yayıla

10:28 273
.

Kiyevə genişmiqyaslı hücum - Zelenski raket və dronların sayını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında həyata keçirdiyi genişmiqyaslı hücumun əsas hədəfinin Kiyev olduğunu bildirib. xəbər verir ki, Zelenski bu barədə özünün Telegram kanalında paylaşım edib. "Əsas zərbə konkret olaraq Kiyevə yönəldilib", - deyə Ukrayna Prezident

11:41 176
.

AI ilə söhbət rahatladır, bəs müalicə edə bilərmi?

"Süni intellektlə söhbət etmək, ondan məsləhət almaq və fikirlərini bölüşmək mümkündür. Bir çox insan üçün bu, müəyyən mənada rahatladıcı təsir göstərə bilər. Çünki süni intellekt günün 24 saatı əlçatandır, istifadəçini mühakimə etmir və suallara səbirli şəkildə cavab verir. Lakin burada diqqətdə

14:49 108
.

Avropada isti hava dalğası: Yayda sərinləmək istəyənlər hara səyahət edə bilər?

Avropanın böyük hissəsi anomal isti hava dalğasının təsiri altında olduğu bir vaxtda turizm üzrə ekspertlər yayın ən qızğın dövründə belə rahat istirahət etməyə imkan verən istiqamətləri tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazır. Meteoroloqların sözlərin

01.07.2026 311
.

Yevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə təntənəli tədbir keçirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

15:03 121
.

III Çarlz Şahzadə Harrinin zənglərinə bu səbəbdən cavab vermirmiş

Böyük Britaniya kralı II Çarlzın oğlu Şahzadə Harri ilə münasibətlərinə dair yeni iddialar gündəmə gəlib. Məlumata görə, kral ailəsi üzrə ekspert Kinsey Skofild bioqraf Robert Jobsona istinadən bildirib ki, II Çarlz hələ Uels şahzadəsi olduğu dövrdə Harrinin tez-tez maliyyə yardımı istəməsindən naraha

15:32 89
.

Rusiya raket və dron hücumu həyata keçirərkən Kiyevdə gecə partlayışlar baş verir

Rusiya cümə axşamı səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə yüzlərlə dron və onlarla raket ataraq yaşayış binalarını dağıdıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, gecə ərzində paytaxtda baş verən çoxsaylı partlayışlar nəticəsində binalar silkələnib və əks-səda verib, ən azı 13 nəfər ölüb, onlarl

12:40 166
.

Arzum məhkəmə zalında həbs edildi - Video

Bloqer İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə vəkillər müdafiə çıxışı edib. Arzum isə son söz deyib: "İlk gündən özümü təqsirli bilmirəm. Kimsə yüksək sürətl

11:56 474
.

Xarici kitabların Azərbaycan dilinə tərcüməsindəki problemlər: Çıxış yolu nədir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Son illər oxucular arasında xarici müəlliflərin əsərlərinə maraq artsa da, rus və ingilis dillərindən Azərbaycan dilinə tərcümə olunan bəzi kitablarda ciddi qüsurlara rast gəlinir. Oxucular tərcümələrin məna itkisi, dil və üslub səhvləri, eləcə də orijinal mətnin ruhunun tam əks etdirilməməsi ilə bağl

11:12 165
.

TOP MP3