Azərbaycan təkcə coğrafi Avropanın yox, həm də demokratik Avropanın bir hissəsi olmaq əzmindədir

Azərbaycan təkcə coğrafi Avropanın yox, həm də demokratik Avropanın bir hissəsi olmaq əzmindədirXX əsr Avropasının taleyi faciəvi olmuşdur. Qitə iki dünya müharibəsinin meydanına çevrilmiş, kütləvi dağıntılara, on milyonlarla iman tələfatına məruz qalmışdır. İkinci Dünya müharibəsindən sonra Avropa dövlətləri bir daha faciələrə yol verməmək, qitənin etibarı gələcəyini təmin etmək, silahlı qarşıdurmaları istisna etmək və sabit inkişafı təmin etmək üçün yeganə vasitə kimi insan fəaliyyətinin bütün sahələrində SIX əməkdaşlıq əlaqələri yaratmağa başladılar. Bu işi həyata keçirmək və qitədə inteqrasiyanı dərinləşdirmək məqsədilə Avropa regional təşkilatları yaradıldı, 1949-cu il mayın 5-də təsis edilmiş Avropa Şurası tezliklə Avropanın nüfuzlu regional təşkilatlarından birinə çevrildi.
XX əsrin sonlarında dövlət müstəqilliyi əldə etmiş Azərbaycan dünya birliyinin tamhüquqlu üzvü olmaq, beynəlxalq proseslərdə bütün ölkələr və xalqlar ilə çiyin-çiyinə yaxından iştirak etmək xəttini fəal surətdə həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1993-cü ilin iyunundan xalqın yekdil iradəsi ilə Azərbaycana yenidən rəhbərliyə başladıqdan sonra dünya və regional beynəlxalq strukturlar ilə əməkdaşlığın genişləndirilməsi sahəsində daha məhsuldar, ardıcıl səmərəli səylər göstərilmişdir. Ötən dövrdə Prezident Heydər Əliyev Avropa dövlətlərinin başçıları, Avropa təşkilatlarının nümayəndələri ilə intensiv görüşlər, danışıqlar keçirmiş, müzakirələr aparmışdır. Prezident Heydər Əliyevin Azərbaycanı dünyaya, o cümlədən Avropaya tanıtmaq, onun strukturlarına inteqrasiya etmək sahəsindəki gərgin diplomatik səyləri nəhayət öz nəticəsini vermişdir.
1996-cı il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycana Avropa Şurasında "Xüsusi qonaq'' statusunun verilməsi barədə qərar qəbul etmişdir. O vaxtdan bəri ölkəmizin bu təşkilata tamhüquqlu üzv olması istiqamətində məqsədyönlü iş aparılır.
2000-ci il iyunun 26-30-da Fransanın Strasburq səhərində Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv seçilməsinə qitə ölkələri tam dəstək verdilər. Bu hadisə dövlətimizin başçısının apardığı düzgün, ölçülüb-biçilmiş xarici siyasətin məntiqi nəticəsi idi və Azərbaycan diplomatiyasının tarixinə böyük uğur kimi yazıldı.
Ötən illər ərzində ölkəmizlə Avropa İttifaqı və bu ittifaqa daxil olan ölkələr arasında əlaqələr artmaqdadır. Belə ki, son illərdə Avropadakı enerji böhranının aradan qaldırılmasında Azərbaycanın böyük rolu olduğunda ölkəmizə olan maraq günü-gündən artmaqdadır. Belə ki, ölkəmizin Avropa İttifaqı ilə enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzalandıqdan sonra Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb. Bu gün ölkəmizin qaz ixracımızınin yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.
Son illərdə Azərbaycan qazının nəqli üçün infrastrukturun qurulmasına böyük maliyyə sərmayələri yatırılıb. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.
Avropanın Azərbaycana olan marağının artması ilə AŞ rəhbərlərinin ölkəmizə səfərləri artmaqdadır. Bu baxımdan iyulun 1-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan Respublikasına işgüzar səfəri də bu qəbildəndir. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək və geniştərkibdə görüşləri keçirilib, ölkə başçısı və AK rəhbəri mətbuata bəyanatla çıxış ediblər.
Mətbuata açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal, dinamik dialoqun olduğunu qeyd edib. Ölkə başçısı Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Hazırda Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Dövlətimizin başçısı öz çıxışında vurğulayıb ki, ticarətin 70 faizdən artığı məhz Azərbaycanın payına düşür.
Bu gün Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Belə ki, Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz idxal edir və bu coğrafiyanın genişləndirilməsi üçün imkanlar vardır.
Görüş zamanı xüsusi vurğulanıb ki, enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir. Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Azərbaycan bir çox siyasi, diplomatik səylər göstərmişdir və maliyyə yatırımları etmişdir ki, müvafiq infrastruktur yaradılsın və bizim neft-qaz resurslarımız Avropaya yönlənsin. Cənub Qaz Dəhlizi bizim birgə fəaliyyətimizin nəticəsidir".
Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır. "Biz həm Azərbaycanda, həm də qonşuluqda infrastruktur layihələrinə böyük sərmayə yatırmışıq, bu işlər davam edir", - deyə dövlətimizin başçısı öz çıxışında vurğulayıb.
Birgə mətbuat konfransında çıxış edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilk növbədə, əlbəttə ki, bu regionda baş verən məsələ - cərəyan edən proses sülh prosesi olduğunu bildirib və tarixi sülh sazişinin parafladığına görə Prezident İlham Əliyevi təbrik edib. "Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır", - deyə o qeyd edib.
Görüşlərdə enerji sahəsinin Azərbaycan ilə AŞ arasında tərəfdaşlığın ən vacib sütunlarından biri olduğu qeyd edilib. Vurğulanıb ki, son dövrdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib.
AŞ Prezidenti bildirib ki, Azərbaycan bərpaolunan enerji layihələri icra edir. "Sizin Xəzər dənizində böyük potensialınız var və Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər", - deyə o əlavə edib.
Görüşdə gələcəkdə Azərbaycanla Avropa İttifaqı arasında ticarətin genişləndirilməsinə toxunulub. Bildirilib ki, Avropa İttifaqı artıq Azərbaycanın ən böyük sərmayəçisi və ticarət tərəfdaşıdır. Bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərin artırılması qərara alınıb.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata bəyanatında mühüm məqamlara toxunub. Bildirib ki, AŞ "Qlobal Qapılar" Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağdır. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər.
Bu gün Azərbaycan təkcə coğrafi Avropanın yox, həm də demokratik Avropanın bir hissəsi olmaq əzmindədir. Azərbaycan cəmiyyəti Avropa dəyərlərini əldə rəhbər tutaraq, Avropa təcrübəsindən bəhrələnərək tərəqqi etmək, müasir cəmiyyət qurmaq niyyətindədir və demokratiya prinsiplərinə daim sadiq qalacaqdır.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 853   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

16:20 168
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

17:40 129
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 224
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 254
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

19:40 0
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 227
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 272
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 103
.