Arzum məhkəmə zalında həbs edildi - Video
Bloqer İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə vəkillər müdafiə çıxışı edib.
Arzum isə son söz deyib: "İlk gündən özümü təqsirli bilmirəm. Kimsə yüksək sürətlə yanımdan keçib qəza edəcəksə, mən niyə təqsirli olmalıyam? 6 aydır səbəbsiz yerə uşaqlarıma həsrət qalmışam. Məhkəməyə inanıram, ədalətli hökm çıxarılacağına ümid edirəm".
Daha sonra hökm elan edilib. Məhkəmə xanım müttəhimi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli hesab edib.
Hökmə əsasən, Arzum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Bloqer məhkəmə zalında həbs edilib.
Məhkəmə bu hökmü çıxararkən törədilmiş cinayətin ağır nəticələrini, habelə zərərçəkmiş tərəflə barışığın əldə olunmamasını yüngülləşdirici halların tətbiqinə mane olan amil kimi qəbul edib.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı "Changan" markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn "Mercedes" markalı avtomobillə yandan toqquşub. Nəticədə "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
Arzum isə qəza baş verdikdən sonra zərərçəkmişləri köməksiz vəziyyətdə buraxaraq hadisə yerindən qaçıb. O, eyni gündə Almaniyaya gedib. Həmin ölkədən heç nə olmamış kimi fəaliyyətinə davam edib, oynaya-oynaya videolar paylaşıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1192 Tarix: 02 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
16:20 168 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
17:40 129 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
19:50 0 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 224 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 254 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
19:40 0 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 227 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 272 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
18:40 103