"Yaxın Şərqdə geosiyasi maraqların toqquşması da müharibənin uzanmasına səbəb olur" - BƏHRUZ QULİYEV

"Yaxın Şərqdə geosiyasi maraqların toqquşması da müharibənin uzanmasına səbəb olur" - BƏHRUZ QULİYEV"ABŞ ilə İran arasında danışıqların bərpa olunacağı, diplomatik prosesin yenidən aktivləşəcəyi ilə bağlı gözləntilərin yarandığı bir vaxtda Vaşinqton və Təl-Əvivdən səslənən yeni hərbi bəyanatlar göstərir ki, regionda vəziyyət hələ də son dərəcə kövrək olaraq qalır. ABŞ rəsmilərinin atəşkəsin və ya hərbi fasilənin müəyyən beynəlxalq tədbirlərlə, o cümlədən idman yarışları ilə əlaqələndirilməsi barədə açıqlamaları da onu göstərir ki, burada söhbət müharibənin başa çatmasından deyil, yalnız taktiki fasilədən gedir.

Əsas problem ondadır ki, tərəflər arasında qarşılıqlı etimad yoxdur. İran nüvə proqramından geri çəkilmək niyyətində olmadığını bildirir, ABŞ və İsrail isə bunu öz milli təhlükəsizliklərinə birbaşa təhdid hesab edirlər. Məhz bu fundamental ziddiyyət münaqişənin tam şəkildə başa çatmasına mane olan əsas amildir.

Digər tərəfdən, Yaxın Şərqdə geosiyasi maraqların toqquşması da müharibənin uzanmasına səbəb olur." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Yaxın Şərqdə geosiyasi maraqların toqquşması da müharibənin uzanmasına səbəb olur" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, burada söhbət təkcə İran və İsraildən getmir. ABŞ, region ölkələri və digər qlobal güclərin maraqları da prosesə ciddi təsir göstərir. Belə şəraitdə hər hansı atəşkəs uzunmüddətli sülh demək deyil və istənilən vaxt yeni hərbi əməliyyatların başlanması ehtimalı yüksək olaraq qalır.

"Düşünürəm ki, hazırkı mərhələdə ən real ssenari odur ki, tərəflər bir müddət hərbi fəallığı azaltsalar da, siyasi razılaşma əldə edilməyənədək gərginlik davam edəcək. Müharibənin tam başa çatması yalnız təhlükəsizlik zəmanətlərini, nüvə proqramını və regional təsir balansını əhatə edən geniş siyasi razılaşma ilə mümkün ola bilər. Əks halda, Yaxın Şərqdə bu qarşıdurma vaxtaşırı alovlanan, lakin tam bitməyən münaqişə kimi qalacaq." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 531   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 422
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 229
.

Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq

Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd

20:00 107
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 164
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

19:40 124
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 221
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 252
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 467
.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

17:50 180
.