Kolbasa alarkən nələrə diqqət etməli? Keyfiyyətli məhsulu seçməyin yolları - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən nələrə diqqət etməli? Keyfiyyətli məhsulu seçməyin yolları - QİDA EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin bəzi kolbasa və sosiska məhsullarında aparılan laborator müayinələr zamanı məhsulun tərkibində etiketdə göstərilməyən at DNT-sinin aşkarlandığını açıqlaması istehlakçılar arasında narahatlıq yaradıb. AQTA-nın məlumatına görə, yoxlanılan nümunələrin bir hissəsində etiket məlumatı ilə faktiki tərkib arasında uyğunsuzluq müəyyən edilib və bununla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bu hadisə bir daha gündəmə gətirir ki, istehlakçılar keyfiyyətli və təhlükəsiz kolbasanı necə seçməlidirlər? Məhsulun etiketində hansı məlumatlara diqqət yetirilməlidir, qablaşdırmanın bütövlüyü, istehsal və son istifadə tarixi, saxlanma şəraiti nə dərəcədə önəmlidir?
Kolbasa alarkən nələrə diqqət etməli? Keyfiyyətli məhsulu seçməyin yolları - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, istehlakçılar ilk növbədə bilməlidirlər ki, kolbasanın keyfiyyəti yalnız qiymətinə və ya tanınmış marka olmasına görə qiymətləndirilmir. Onun sözlərinə görə, ən vacib məqam məhsulun etiket məlumatları, saxlanma şəraiti və tərkibidir: "Kolbasa alarkən etiketdə məhsulun tərkibini mütləq oxumaq lazımdır. Tərkibində hansı növ ətin istifadə edildiyi açıq şəkildə qeyd olunmalıdır. Əgər məhsul mal və ya toyuq kolbasası kimi təqdim olunursa, onun tərkibi də buna uyğun olmalıdır. Tərkib hissələri nə qədər sadə və aydın olarsa, bir o qədər yaxşıdır. Həmçinin istehsal və son istifadə tarixlərinə, saxlanma temperaturuna və qablaşdırmanın bütöv olmasına diqqət edilməlidir.

Kolbasa soyuducu şəraitdə, normativ temperaturda saxlanmalıdır. Qablaşdırmada şişkinlik, zədələnmə, xoşagəlməz qoxu, rəng dəyişikliyi və ya selikli görünüş varsa, həmin məhsulu almaq olmaz.

Qiymətin həddindən artıq ucuz olması da istehlakçını düşündürməlidir. Keyfiyyətli ətin maya dəyəri nəzərə alınanda çox aşağı qiymət bəzən xammalın keyfiyyəti və ya tərkibi ilə bağlı suallar yarada bilər.

At ətinin özü qida baxımından zərərli hesab olunmur. Problem ondadır ki, məhsulun etiketində göstərilən tərkiblə faktiki tərkib uyğun gəlmirsə, bu istehlakçının aldadılması və qida məhsullarının düzgün etiketlənməsi qaydalarının pozulması deməkdir. Buna görə də istehlakçılar yalnız etibarlı istehsalçıların məhsullarını seçməli, rəsmi satış məntəqələrindən alış-veriş etməli və məhsul haqqında şübhə yarandıqda bunu aidiyyəti qurumlara bildirməlidirlər. Bu yanaşma həm qida təhlükəsizliyi, həm də istehlakçı hüquqlarının qorunması baxımından vacibdir.

Mən ümumiyyətlə kolbasa və sosiska kimi məhsulların qida rasionundan tamamilə çıxartmağı məsləhət görürəm.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 617   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 422
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 229
.

Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq

Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd

20:00 107
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 164
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

19:40 124
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 221
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 252
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 467
.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

17:50 180
.