İqtisadi və məhkəmə islahatlarından başlamalıyıq - Qüdrət Həsənquliyev
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib.
Gununsesi.info açıqlamanı təqdim edir:
"AŞPA 2013-cü ilin oktyabrında Xocalı soyqırımını törətməsi ilə qürrələnən Ermənistan prezidenti Sarkisyanı ayaqüstə alqışladığı gündən mənim üçün mənəvi baxımdan iflas etmiş təşkilatdır.
Həmin iclasda Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova Sarkisyandan əsir götürülmüş və itkin düşmüş 4035 azərbaycanlının taleyinə aydınlıq gətirməsini istəmişdi. Sarkisyanı ifşa edən, faktlara əsaslanan çıxış etmişdi. Amma həmin çıxışı nəzərə alan oldumu?
AŞPA qonşu dövlətin torpaqlarının 20 faizini işğal etmiş, bir milyon insanı ev-eşiyindən didərgin salmış, soyqırımı və etnik təmizləmə həyata keçirmiş bir ölkənin prezidentini ayaqüstə alqışlayırdı. Ermənistan işğalçı dövlət kimi tanınmadı, sanksiyalar tətbiq olunmadı, AŞPA-dan qovulmadı, ona hər çür siyasi və maliyyə dəstəyi göstərildi. İndi AŞPA iki qonşu xalq arasında düşmənçilik yaratmış, əli günahsız dinc insanların qanına batmış, insanlıq əleyhinə ağır cinayətlər törətmiş erməni əsilli cəlladların azad olunmasını tələb edir. Əsl niyyətlərini gizlətmək üçün siyasi motivlərlə tutulduğu iddia olunan bəzi azərbaycanlıları da onlara qoşurlar.
Mən özüm dəfələrlə həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan soydaşlarımızın, xüsusilə qızların əfv olunması təşəbbüsü ilə çıxış etmişəm. İnanıram ki, onlar azad olunsalar əksəriyyəti həyatlarını başqa cür qurar və daha realist olarlar. Amma AŞPA-da bu məsələni qaldıranlar bunu xoş niyyətlə etmir, erməni qatilləri azad etdirmək istəyirlər və məqsədləri başqadır.
Şvabe özü də açıqlamasında qeyd edir ki, qanunun aliliyi, insan hüquq və azadlıqları ilə bağlı problemlər bütün ölkələrdə var. Birində az, digərində bir az çox. Kiçik ölkələrdə siyasi islahatlar o zaman uğurlu olur ki, bunun üçün həm daxili faktorlar, həm də əlverişli geosiyasi vəziyyət olsun. Siyasi islahatlara cəmiyyət hazır olmalıdır. Region dövlətlərinin bundan necə yararlanacağı və istafədə edəcəyi hər kəsi düşündürməlidir.
Siyasi islahatlar sabitlik və təhlükəsizlik üçün təhdid yaratmamalıdır.
Biz qərəzli və islamafob dairələrin nə deməsinə, hansı qətnamələri qəbul etməsinə əhəmiyyət vermədən ölkəmizin inkişafı üçün ilk növbədə iqtisadi və məhkəmə islahatlarından başlamalı, 3+3 formatında regional əməkdaşlığı genişləndirməliyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 562 Tarix: 25 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi
Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı
10:16 126 Polşada ABŞ-nin daimi hərbi bazası yaradılacaq
ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib. BİG.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib. O qeyd edib ki, ABŞ-nin yeni strategiyasında əsas məqamlardan biri məhz Polşada amerikalı hərbçilə
30.09.2026 212 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
10:10 187 Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
11:07 145 "AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
10:19 125 Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar
10:23 115 Ulu Öndər Heydər Əliyev və milli qurtuluş
Azərbaycan tarixinin ən mühüm və taleyüklü səhifələrindən biri milli qurtuluş yolunun başlanması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi ilə bağlıdır. Bu tarixi prosesdə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun siyasi fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm mərhəl
08:58 189 Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30.09.2026 282 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 110