50 yaşına qədər öləcəyini bilən, evlilikdən qaçan bəstəkar

50 yaşına qədər öləcəyini bilən, evlilikdən qaçan bəstəkarO, qeyri-adi geyimləri, özünəməxsus danışıq tərzi, fərqli səhnə davranışı və mahnıları ilə Azərbaycan şou-biznesinin ən çox diqqət çəkən simalarından birinə çevrilmişdi. Onu digərlərindən fərqləndirən təkcə səsi deyildi. Bəstələr yazır, verilişlər aparır, yeni layihələr hazırlayırdı. Tamaşaçı qarşısında daim şən və enerjili görünən sənətçi şəxsi həyatını və üzləşdiyi çətinlikləri isə mümkün qədər diqqətdən uzaq saxlayırdı.

Lent.az "Unudulan sənətkarlar" rubrikasında müğənni və bəstəkar Rəhim Rəhimlinin həyat və yaradıcılıq yoluna nəzər salır.

Rəhim Rəhimli 1976-cı il dekabrın 28-də Ağdam şəhərində dünyaya gəlib. Bəzi mənbələrdə isə onun əslən Salyandan olduğu bildirilir.

Hərbçi ailəsində böyüyən müğənni

Rəhim hərbçi ailəsində böyüyüb. Atası uzun illər hərbi sahədə çalışıb. Sənətçi onu hər zaman öz qəhrəmanı adlandırıb. Rəhimin musiqi təhsili almasını istəyən və bunun üçün çalışan şəxslərdən biri də məhz atası olub.

Atasının işi səbəbindən uşaqları onunla çox vaxt keçirə bilməyiblər. Sənətçinin danışdıqlarına görə, atası gec saatlarda evə qayıdanda onlar artıq yatır, səhər yuxudan oyananda isə o, yenidən işdə olurmuş.

Atası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bundan sonra sənətçi ailəsi haqqında danışmamaq qərarına gəlib.

Anası Firəngiz xanım Rəhimin ölümündən sonra verdiyi müsahibələrdə oğlunu yumşaqürəkli, ailəsinə və yaxınlarına bağlı insan kimi xatırlayıb. Onun sözlərinə görə, Rəhim yaxşı oğul və yaxşı qardaş olub. Başqalarının qayğısına qalmağı bacarsa da, öz səhhətinə lazımi qədər diqqət yetirməyib.

Televiziyaya yol açmaq üçün qurduğu "oyunlar"

Rəhimin musiqiyə marağı uşaqlıqdan başlayıb. Cəmi 12 yaşında "Bənövşə" uşaq xorunun solisti olub. Elə həmin illərdə televiziya onun üçün başqa bir dünyaya çevrilib.

Rəhim Rəhimli "Bənövşə" uşaq xorunun solisti olduğu vaxtlardan televiziyaya böyük maraq göstərib. Vəsiqəsi olmadığı və yaşı çatmadığı üçün bəzən AzTV-yə qarajdan girib, hətta həyətə damdan keçərək daxil olub.

Bəzən televiziyaya məxsus avtomobilləri yolda saxlayıb, sürücünün yanında əyləşərək binaya daxil olurmuş. Həmin vaxt "Tarqovı"da yaşayan diktor Şərqiyyə Hüseynovanın evdən çıxmasını gözləyir, onunla eyni marşruta minir və söhbət edə-edə AzTV-yə qədər gedirmiş. Mühafizəçilər də onu televiziya əməkdaşı hesab edirmişlər.

Azərbaycan Radiosunda Əhməd bəy Aşurbəyovla tanışlığı onun televiziya ilə əlaqələrinin daha ciddi mərhələyə keçməsinə səbəb olub. İllər keçdikcə televiziyaya marağı səhnəyə, səhnəyə olan həvəsi isə peşəkar musiqi fəaliyyətinə çevrilib.

Musiqi sevgisindən səhnəyə atılan addımlar

Rəhim Rəhimli Azərbaycan estradasına yalnız müğənni kimi gəlməyib. O, həm də öz mahnılarını yazan, başqa sənətçilərə bəstələr verən musiqiçi kimi tanınıb.

"Qal yana-yana", "Ay maşallah", "Başım ağrıyor", "Quzu kəsərəm", "Qızlar", "Balta" və "Siz deyin, qızlar" kimi mahnıları müxtəlif dövrlərdə geniş dinləyici auditoriyası qazanıb. Sonrakı illərdə Nadeer və Ramil Nabranla hazırladığı "Basdalama" layihəsi də diqqət çəkib.

Rəhim Rəhimlinin səhnə geyimləri, saç düzümü, rəqsləri, mimikaları və sərbəst davranışları ona fərqli obraz qazandırıb. Onu tənqid edənlər də, sevənlər də olub. Ancaq Rəhim Rəhimli daim diqqət mərkəzində qalmağı bacarıb.

Televiziya həyatı

Televiziya onun həyatında musiqi qədər mühüm yer tutub. Müxtəlif illərdə ATV və Lider TV-də çalışan Rəhim Rəhimli uzun müddət "Dostum" proqramının aparıcısı olub.

O, 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına qədər MTV Azərbaycan kanalının direktoru vəzifəsində çalışıb. Bir müddət səhnədən uzaqlaşaraq Türkiyədə yaşayıb. Daha sonra Azərbaycana qayıtması və "Maşın şou"da iştirakı onu yenidən böyük auditoriyanın diqqət mərkəzinə gətirib. Sənət dostları sonralar onun həmin layihəyə qatılmaq istəmədiyini bildiriblər.

Ailə qurmaq istəməməsi

Rəhim Rəhimli ailə həyatı qurmayıb. O, müsahibələrinin birində ənənəvi evlilik anlayışına fərqli yanaşdığını, həyatında uzunmüddətli münasibətin olduğunu, lakin sonradan tək yaşadığını söyləyib.

Sənətçi uşaqlıqdan bir arzusunun olduğunu və həmin arzu həyata keçmədən ailə qurmaq istəmədiyini bildirib.

Dörd saatlıq əməliyyat

Müğənni illər əvvəl ağır yol qəzasına düşüb. Ayağından dörd saat davam edən əməliyyat keçirib, sümüyünə titan implant yerləşdirilib. Sonradan onda damar tıxanmaları yaranıb.

Bir müddət əsa ilə gəzməsinə baxmayaraq, hətta əsa ilə podiuma çıxaraq şou göstərib. O, səhnə proqramlarına böyük komanda ilə çıxıb, qonorar az olanda isə əməkdaşlarının pulunu öz cibindən ödəyib.

50 yaşına çatmayan ömür

Ömrünün son illərində efirlərdə az görünən sənətçi getdikcə daha sakit həyat sürməyə başlayıb. Həmin dövrdə səhhətində ciddi problemlər yaranıb. Buna baxmayaraq, xəstəliyinin nə dərəcədə ağır olduğunu çox adam bilməyib.

Anasının sözlərinə görə, Rəhim özünü elə aparır, gülüb-danışırmış ki, ətrafındakılar onun ciddi xəstə olduğuna inanmırmışlar. Xəstəxanada üç gündən artıq qala bilməyən sənətçi dərmanlarını da müntəzəm qəbul etməyib.

Rəhim Rəhimli 2022-ci il sentyabrın 30-da, 45 yaşında dünyasını dəyişib. O, Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.

Anası Firəngiz xanım müsahibələrinin birində Rəhimin ona tez-tez 50 yaşından çox yaşamayacağını söylədiyini qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 120   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA

"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır"

11:44 206
.

Futbol klubunun prezidenti başından güllələndi

"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll

19:30 121
.

Bu məşhurların narkotik testinin nəticələri açıqlandı

Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda

20:15 95
.

İspaniya Xorvatiyanı darmadağın etdi: qələbə seriyasında dünya rekordunu uzatdı

Dünən gecə Millətlər Liqasının ikinci turunun bütün oyunları başa çatıb və bu oyunlardan birində hazırkı dünya çempionu İspaniya evdə Xorvatiyanı asanlıqla 4-1 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, iki dünya səviyyəli milli komanda arasında oyun Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan"

19:45 107
.

Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı

Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila

18:30 159
.

Limit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro

17:59 153
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

16:43 163
.

Polşada ABŞ-nin daimi hərbi bazası yaradılacaq

ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib. BİG.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib. O qeyd edib ki, ABŞ-nin yeni strategiyasında əsas məqamlardan biri məhz Polşada amerikalı hərbçilə

21:15 1
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

20:32 68
.