Deepfake və məlumat təhlükəsizliyi: AI ilə bağlı əsas narahatlıqlar
"Süni intellekt texnologiyalarının sürətlə inkişafı və həyatın müxtəlif sahələrinə inteqrasiyası dövlətləri və beynəlxalq təşkilatları yeni qaydalar və tənzimləmə mexanizmləri formalaşdırmağa vadar edir. Çünki süni intellekt artıq yalnız texnoloji alət deyil, eyni zamanda məlumat təhlükəsizliyi, müəllif hüquqları, şəxsi məlumatların qorunması və ictimai rəyə təsir kimi mühüm məsələləri də gündəmə gətirir".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib.
O, qeyd edib ki, bu səbəbdən dünyanın bir çox ölkəsində süni intellektin istifadəsi ilə bağlı hüquqi və etik çərçivələrin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Əsas tələblərdən biri şəffaflıq prinsipidir. İstifadəçi qarşılaşdığı məzmunun insan tərəfindən, yoxsa süni intellekt vasitəsilə yaradıldığını bilməlidir. Bu baxımdan, AI ilə hazırlanmış foto, video və mətnlərin xüsusi işarələrlə qeyd olunması bir çox ölkədə müzakirə olunan və tətbiq edilməyə başlanan qaydalar sırasındadır:
"Digər vacib istiqamət məlumatların qorunması ilə bağlıdır. Süni intellekt sistemləri böyük həcmdə məlumatlar üzərində fəaliyyət göstərdiyi üçün həmin məlumatların arasında şəxsi və həssas informasiyalar da ola bilər. Buna görə də AI sistemlərini hazırlayan şirkətlərdən istifadəçi məlumatlarının necə toplandığını, hansı məqsədlərlə istifadə edildiyini və necə saxlanıldığını açıq şəkildə izah etmələri tələb olunur.
Ekspertlər təhlükəsizlik və məsuliyyət məsələlərinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayırlar. Süni intellekt sistemləri müəyyən hallarda səhv qərarlar verə və ya yanlış məlumatlar yarada bilər. Bu səbəbdən bir çox ölkədə kritik sahələrdə - xüsusilə səhiyyə, maliyyə və hüquq sistemlərində - son qərarın insan nəzarəti altında qəbul edilməsi əsas prinsip kimi qəbul edilir.
Müzakirə olunan digər mühüm mövzulardan biri isə saxta məzmun və dezinformasiyadır. Süni intellekt vasitəsilə hazırlanan deepfake videolar, saxta audioyazılar və manipulyativ məzmunlar ictimai rəyə təsir etmək potensialına malikdir. Buna görə də bir sıra ölkələr bu tip materialların müəyyənləşdirilməsi, işarələnməsi və izlənməsi üçün yeni tənzimləmə mexanizmləri hazırlayır.
Ümumilikdə, tətbiq olunan bu qaydaların məqsədi süni intellektin inkişafını məhdudlaşdırmaq deyil, onun təhlükəsiz, şəffaf və məsuliyyətli şəkildə istifadəsini təmin etməkdir. Mütəxəssislər hesab edirlər ki, texnologiyanın sürətli inkişafı fonunda effektiv tənzimləmə mexanizmlərinin yaradılması həm şəxsi məlumatların qorunması, həm də informasiya təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 541 Tarix: 23 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
12:17 109 Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir
"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd
10:33 182 Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd
30.09.2026 228 "Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq
11:21 115 Azərbaycan yeni mərmiatan dron istehsal edib
Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil
30.09.2026 221 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
11:32 171 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
10:10 190 Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
11:14 180 Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
12:04 108