Rəsmi: "Qarabağ" dünya çempionatının iştirakçısını transfer etdi
2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Bildirilib ki, Xorvatiyanın "Riyeka" klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç "Qarabağ"a transfer olunub.
Bosniya və Herseqovinalı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı futbolçu komandada 23 nömrəli formanı geyinəcək.
"Şiroki Briyeq" klubunun yetirməsi olan Martin Zlomisliç 2017-ci ildə əsas komandada debüt edib. O, 2021-ci ildə "Riyeka"ya transfer olunub.
Bosniya və Herseqovinanın U-19 və U-21 millilərində çıxış etmiş qapıçı 2024-cü ildən əsas yığmanın da formasını geyinir. Milli komandada üç oyun keçirən Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada təşkil olunan dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alır.
Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində "Qarabağ"ın beşinci transferidir. Bundan əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa da Ağdam klubuna qoşulublar.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 371 Tarix: 21 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib
Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd
05.09.2021 787 Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO
Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd
27.08.2021 1005 Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı
Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda
29.08.2021 1349 Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc
07.09.2021 975 Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO
Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde
28.08.2021 736 Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün
29.08.2021 834 Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5
22.08.2021 758 Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi
Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda
26.08.2021 1232 Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib
Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd
28.08.2021 641