Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda reabilitasiya xidmətləri niyə əlçatmazdır?

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda reabilitasiya xidmətləri niyə əlçatmazdır?Azərbaycanda səhiyyə sisteminin ən mühüm və strateji hissələri - elmi-tədqiqat institutları, ixtisaslaşmış tibbi mərkəzlər və bərpa müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bu qurumların yaradılmasında əsas məqsəd ağır xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi, reabilitasiyası, eləcə də tibbi elmin inkişaf etdirilməsi olub.

Bizimesr.com-un araşdırmasına görə, uzun illərdir vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər göstərir ki, dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılan bu institutlara düşmək faktiki olaraq mümkünsüz hala gəlib. Vətəndaşların ən çox şikayət etdiyi müəssisələrdən biri də Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutudur.

Qapılar xəstələrin üzünə niyə bağlıdır?

Məlum olduğu kimi, bu institutun tərkibində konsultativ poliklinika, stasionar şöbələr, diaqnostik tədqiqat bölmələri və müxtəlif fiziki müalicə üsullarının tətbiq olunduğu reabilitasiya şöbələri fəaliyyət göstərir. Məhz bu səbəbdən infarkt keçirmiş, insult sonrası reabilitasiyaya ehtiyacı olan, dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən və digər ağır pasiyentlərin bu müəssisəyə yönləndirilməsi nəzərdə tutulur.

Lakin instituta müraciət edən xəstələrə əksər hallarda "yer yoxdur", "gözləmə siyahısına yazılın", "bir neçə həftə sonra yenidən müraciət edin" kimi cavablar verilir. Ən ağır vəziyyət isə məhz təcili reabilitasiya tələb edən xəstələrdə müşahidə olunur. Çünki bir çox hallarda vaxtında başlanmayan bərpa müalicəsi insanın sağlamlığına və həyat keyfiyyətinə ciddi təsir göstərir.

Dövlət vəsaiti ayrılır, nəticədən isə narazılıq var

Azərbaycan dövləti hər il səhiyyə sisteminin inkişafı üçün böyük həcmdə vəsait ayırır. Müasir tibbi avadanlıqlar alınır, binalar təmir olunur, yeni texnologiyalar tətbiq edilir.

Bəs belə olan halda vətəndaşların qarşılaşdığı əsas problem niyə məhz xidmətə çıxışdır? Əgər stasionar şöbələrdə yer yoxdursa, o zaman bu müəssisələrdə kimlər müalicə alır? Əgər xəstələr aylarla növbə gözləyirsə, institutların faktiki doluluq səviyyəsi nə qədərdir? Əgər dövlət büdcəsindən ayrılan vəsait hesabına fəaliyyət göstərən müəssisələr vətəndaşların ehtiyaclarını qarşılaya bilmirsə, ayrılan vəsaitin səmərəliliyi necə qiymətləndirilir?

Bu sualların cavabı uzun illərdir ictimaiyyətə açıqlanmır.

Reabilitasiya xidmətləri niyə əlçatmazdır?

Mütəxəssislərinin fikrincə, infarkt, insult və digər ağır xəstəliklərdən sonra ilk aylarda aparılan reabilitasiya müalicəsi xəstənin gələcək sağlamlığı üçün həlledici rol oynayır. Ancaq vətəndaşlar bildirirlər ki, dövlət müəssisələrində yer tapa bilmədikləri üçün məcburən özəl klinikalara üz tuturlar. Bu isə minlərlə manat əlavə xərc deməkdir. Pulu olmayanlar isə evdə ölmüə məhkumdur… Bir çox ailələrin isə belə xərcləri qarşılamaq imkanı yoxdur.

Bu gün Azərbaycanda minlərlə insan infarkt, insult, ağır travmalar və digər xəstəliklərdən sonra reabilitasiya xidmətlərinə ehtiyac duyur. Dövlətin balansında olan ixtisaslaşmış institutların əsas vəzifəsi məhz bu insanlara xidmət göstərməkdir. Əgər vətəndaşlar bu müəssisələrin qapısından geri qaytarılırsa, günlərlə və hətta həftələrlə gözləməyə məcbur edilirsə, o zaman sistemin fəaliyyətindəki problemlər araşdırılmalı və aydın izahat verilməlidir.

Səhiyyə naziri Teymur Musayev nəyi gözləyir? Niyə bu dövlətin imkanları ilə yaradılmış müalicə müəssisələrində insanlar müalicə oluna bilmir? Bu biabırçı prosess daha neçə il davam edəcək?
Qeyd edək ki, Teymur Musayevin fəaliyyətsizliyi artıq ölkənin səhiyyə sistemini tamamilə iflic vəziyyətə salıb. elmi-tədqiqat institutları, ixtisaslaşmış tibbi mərkəzlər və bərpa müəssisələri sözün əsl mənasında vətəndaşlara xitmət etmək imkanlarını itirib və bu artıq insanların boğazında düyünə çevirilib.

Qeyd edək ki, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Baş həkimi Nurlana Əliyevadır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 148   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"3 ilə kitab yox olacaq" fikri nə dərəcədə doğrudur?

"Bəzi rəhbər şəxslər cəmiyyətin diqqətini müəyyən sahələrə yönəltmək, ictimai müzakirələr yaratmaq və ya təhsil sistemindəki durğunluğu əsas gətirərək islahatlara zəmin hazırlamaq məqsədilə qəsdən rezonans doğuran, hətta absurd görünən bəyanatlar səsləndirirlər. Bu yanaşma bəzən "şok terapiyası"

15:10 147
.

Qətər nümayəndə heyəti İran rəsmiləri ilə gecə danışıqlarından sonra Tehranı tərk edib

Vəziyyətdən xəbərdar olan diplomatik mənbə CNN-ə bildirib ki, Qətər nümayəndə heyəti cümə axşamı səhər İran rəsmiləri ilə danışıqlardan sonra Tehranı tərk edib. Mənbə bildirib ki, ABŞ ilə əlaqələndirilmiş şəkildə aparılan danışıqlar bu səhər erkən saatlara qədər davam edib. BİG.AZ CNN-ə istinadən xəbə

11:34 160
.

Zooparkla "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdirilir

Bakı Şəhər Heyvanat Parkı ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdirmə yolu ilə yenidən təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Heyvana

10:57 154
.

5 gün yağış yağacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəy

12:40 296
.

Nadir Qafarzadənin nəvəsi ilə paylaşımı

Müğənni Nadir Qafarzadə öz adını daşıyan nəvəsi ilə paylaşım edib. Axşam.az xəbər verir ki, Qafarzadə birlikdə olan fotolarını sosial şəbəkədə yayımlayıb. O, paylaşımına "Bunun televizora baxmağı məni öldürdü" sözlərini yazıb. Qeyd edək ki, Nadir sənətçinin oğlu Əzizin övladıdır. İfaçının oğl

12:14 263
.

Qızının ad gününü belə təbrik etdi

Müğənni İbrahim Borçalı qızı Aysu ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi övladının ad günü olduğunu deyib. Borçalı paylaşımına "Hər şeyim, ürəyim, yaşamaq həvəsim, ad günün mübarək. Həyatda xoşbəxt yaşa" sözlərini yazıb. Qeyd edək ki, İ.Borçalı bir neçə il əvvəl oğlunu itirib

10:26 231
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir. Arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Düşən yağıntının miqdarı Daşkəsəndə 22, Şəmkirdə 14, Gədəbəyd

10:37 186
.

Sosial mühəndislik: Dələduzların görünməyən tələsi

"Onlayn oğurluq hallarının artmasının əsas səbəbi yalnız qanunvericilik və ya cərimələrin səviyyəsi ilə bağlı deyil. Cərimələrin sərtləşdirilməsi vacib addım olsa da, kiberdələduzluq əksər hallarda texniki sistemlərin sındırılması ilə deyil, insan faktorundan istifadə edilməklə həyata keçirilir

15:19 127
.

Bu ildən Bakıda dəyişkən iş qrafikinə keçilə bilər

"Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər"​. "Qafqazinfo" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib. Deputatın sözlərinə görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-c

11:19 171
.

TOP MP3