Məhkəmə şikayətə baxdı: "Dünyagöz"ün baş həkiminə cinayət işi açıla bilər

Məhkəmə şikayətə baxdı: "Dünyagöz"ün baş həkiminə cinayət işi açıla bilərMəhkəmə "Dünyagöz" xəstəxanasının baş həkimi Kenan Yıldırım barəsində "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" məhkəmə nəzarəti qaydasında şikayətə baxıb.

Qaynarinfo-nun məlumatına görə, məsələ 2024-cü ildə V.G. adlı şəxsin sol gözündə aparılan katarakt əməliyyatından sonra həmin gözün görmə qabiliyyətini itirməsi ilə bağlıdır.

V.G. iddia edir ki, əməliyyatdan sonra sol gözündə ciddi problemlər yaranıb. Onun sözlərinə görə, göz daxili təzyiq artıb, ağrılar isə dözülməz həddə çatıb. Pasiyent bununla əlaqədar Bakının müxtəlif tanınmış göz həkimlərinə müraciət edib.

Şikayətçinin bildirdiyinə görə, həkimlərin rəyi əsasında həmin dövrdə sol gözdə katarakt əməliyyatının aparılması məqsədəuyğun olmayıb. Belə ki, ilkin müayinə zamanı torlu qişada qanaxmalar müşahidə edilib və bu vəziyyət sonradan rubeozis iridis və qlaukoma xəstəliyinin yaranmasına səbəb olub. Şikayətçi Kenan Yıldırımın yol verdiyi tibbi səhv nəticəsində onun sol gözü ömürlük görmə qabiliyyətini itirdiyini deyir.

Pasiyent daha əvvəl Kenan Yıldırımdan şikayət etsə də, hüquq-mühafizə orqanları araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edib.

Lakin V.G.-nin şikayəti əsasında işə yenidən Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarın ləğv edilməsinə və materialların əlavə araşdırma aparılması üçün aidiyyəti orqana göndərilməsinə qərar verib.

Qeyd edək ki, məhkəmənin qərarı Kenan Yıldırımın təqsirli bilinməsi anlamına gəlmir və məsələ ilə bağlı araşdırma davam etdiriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 871   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

19:00 160
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 165
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 230
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 131
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 287
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 251
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

22:00 0
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 229
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 183
.