Si Cinpin Şimali Koreyada: Dünyaya verilən siyasi mesaj nədir? - POLİTOLOQDAN AÇIQLAMA

Si Cinpin Şimali Koreyada: Dünyaya verilən siyasi mesaj nədir? - POLİTOLOQDAN AÇIQLAMAÇin Prezidenti Si Cinpin Şimali Koreyaya etdiyi nadir dövlət səfəri ilə yenidən dünya gündəminə çevrilib. Pxenyanda Şimali Koreya lideri Kim Jong Un tərəfindən təntənəli şəkildə qarşılanan Si Cinpin iki ölkə arasında münasibətlərin daha da gücləndiriləcəyini bildirib.

Tərəflər regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq məsələlərini müzakirə edib. Bu səfər həm də son illərdə Rusiya, Çin və Şimali Koreya arasında yaxınlaşmanın sürətləndiyi bir dövrə təsadüf edir və beynəlxalq arenada yeni geosiyasi mesaj kimi qiymətləndirilir.
Si Cinpin Şimali Koreyada: Dünyaya verilən siyasi mesaj nədir? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpinin Pxenyana səfəri yalnız iki qonşu dövlət arasında münasibətlərin inkişafı baxımından deyil, eləcə də qlobal və regional güc balansının yenidən formalaşdığı mürəkkəb beynəlxalq şəraitdə mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, son illərdə ABŞ-Çin rəqabətinin dərinləşməsi, Rusiya-Qərb qarşıdurmasının yeni mərhələyə keçməsi və Koreya yarımadasında təhlükəsizlik risklərinin artması fonunda bu səfər rəsmi Pekinin geosiyasi prioritetlərini və strateji hədəflərini daha aydın şəkildə ortaya qoyur: "Şimali Koreya uzun illərdir ki, Çinin Şimal-Şərqi Asiyadakı ən mühüm strateji tərəfdaşlarından biri hesab olunur. Həmçinin Pekin üçün Koreya yarımadasında sabitliyin qorunması milli təhlükəsizlik məsələsidir. Çinin sərhədlərinin yaxınlığında hərbi-siyasi gərginliyin artması və ya regionda nəzarətsiz proseslərin baş verməsi rəsmi Pekinin maraqlarına uyğun deyil. Ona görə də, Çin həm Şimali Koreya üzərində təsir imkanlarını qorumağa, həm də regionda mümkün böhranların qarşısını almağa çalışır. Son dövrlərdə Şimali Koreya ilə Rusiya arasında münasibətlərin intensivləşməsi isə Pekin üçün yeni reallıq yaradıb. Moskva və Pxenyan arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın genişlənməsi fonunda Çin özünün ənənəvi təsir mövqelərini qorumaq niyyətindədir. Si Cinpinin səfəri müəyyən mənada Çinin Şimali Koreya ilə strateji əlaqələrə verdiyi əhəmiyyətin nümayişi kimi qiymətləndirilə bilər. Çin rəhbərliyi Pxenyanın xarici siyasət kursunda öz rolunun zəifləməsinə imkan vermək istəmir. Digər mühüm məqam isə ABŞ, Yaponiya və Cənubi Koreya arasında təhlükəsizlik sahəsində əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə güclənməsidir.

ABŞ-nin regionda hərbi mövcudluğunu artırması və müttəfiqləri ilə koordinasiyanı genişləndirməsi rəsmi Pekin tərəfindən strateji təzyiq elementi kimi qəbul edilir. Belə bir şəraitdə Çin Şimali Koreya ilə münasibətləri gücləndirməklə regiondakı geosiyasi manevr imkanlarını genişləndirməyə çalışır. Səfərin beynəlxalq əhəmiyyətini artıran amillərdən biri də onun ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Çinə son səfərlərindən sonra baş tutmasıdır. Bu diplomatik aktivlik göstərir ki, Çin qlobal siyasətdə daha fəal rol oynamaq və beynəlxalq proseslərin əsas mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirmək niyyətindədir. Beləliklə də, Çin həm Vaşinqtonla rəqabəti idarə etməyə, həm Moskva ilə strateji tərəfdaşlığı qorumağa, həm də Pxenyan üzərində təsir imkanlarını saxlamağa çalışır. Nəticə etibarilə, Si Cinpinin Pxenyan səfəri adi diplomatik təmaslardan daha geniş məna daşıyır.

Bu səfər Şərqi Asiyada formalaşan yeni güc balansının mühüm elementlərindən biri olmaqla yanaşı, Çin-Rusiya-Şimali Koreya münasibətlərinin gələcək istiqamətləri və ABŞ-nin regiondakı siyasətinə verilən strateji cavab nöqteyi-nəzərindən də xüsusi əhəmiyyət kəsb edir. Qarşıdakı dövrdə bu təmasların nəticələri yalnız Koreya yarımadasının deyil, bütövlükdə Asiya-Sakit okean regionunun təhlükəsizlik arxitekturasına təsir göstərəcək mühüm amillərdən biri ola bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 856   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

19:00 160
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 165
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 230
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 131
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 287
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 251
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

22:00 0
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 229
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 183
.