"3 ilə kitab yox olacaq" fikri nə dərəcədə doğrudur?

"3 ilə kitab yox olacaq" fikri nə dərəcədə doğrudur?"Bəzi rəhbər şəxslər cəmiyyətin diqqətini müəyyən sahələrə yönəltmək, ictimai müzakirələr yaratmaq və ya təhsil sistemindəki durğunluğu əsas gətirərək islahatlara zəmin hazırlamaq məqsədilə qəsdən rezonans doğuran, hətta absurd görünən bəyanatlar səsləndirirlər. Bu yanaşma bəzən "şok terapiyası" adlandırılır. "Onsuz da 3 ilə hər şey yox olacaq" kimi fikirlər də mövcud institutları daha sürətli işləməyə, yenilənməyə və rəqəmsallaşmağa sövq etmək cəhdi kimi qiymətləndirilə bilər. Lakin seçilən üslub və ifadə tərzi o qədər uğursuz olur ki, nəticədə fayda vermək əvəzinə cəmiyyətdə narazılıq və qıcıq yaradır".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, hazırda dünyada süni intellekt texnologiyaları ilə bağlı böyük maraq və müəyyən mənada eyforiya hökm sürür. Bəzi insanlar bu texnologiyanın imkanlarını həddindən artıq şişirdərək yaxın gələcəkdə insan faktoruna ümumiyyətlə ehtiyac qalmayacağını düşünürlər. Halbuki tarix göstərir ki, yeni texnologiyalar köhnələri tamamilə aradan qaldırmır, onları transformasiya edir. Vaxtilə radionun meydana çıxması ilə teatrın, televiziyanın inkişafı ilə isə kinonun yox olacağı iddia edilirdi. Lakin nə teatr, nə də kino tarix səhnəsindən silinmədi, sadəcə yeni şəraitə uyğunlaşdı. Bu baxımdan, nazirin fikri də rəqəmsal dövrün yaratdığı ifrat gözləntilərin təzahürü kimi görünür:

"Müasir idarəçilərin əksəriyyəti iqtisadiyyat, riyaziyyat və ya texnologiya yönümlü təhsil aldıqları üçün hadisələrə daha çox səmərəlilik, statistika və xərc-fayda prizmasından yanaşırlar. Bu baxış çərçivəsində Dilçilik İnstitutu və ya kitab kimi anlayışlar bəzən birbaşa iqtisadi gəlir gətirməyən, büdcə vəsaiti tələb edən sahələr kimi qiymətləndirilə bilər. Halbuki dil və kitab yalnız informasiya daşıyıcısı deyil, həm də milli kimliyin, mədəni yaddaşın və düşüncə sisteminin əsas sütunlarıdır. Onların cəmiyyətin mənəvi inkişafındakı rolunu yalnız iqtisadi göstəricilərlə ölçmək mümkün deyil. Bu yanaşma daha çox humanitar düşüncənin və milli-mədəni baxışın zəifliyindən qaynaqlanır.

Nazirin səsləndirdiyi fikir, əslində, rəqəmsal transformasiyaya çağırış xarakteri daşıyan bir hiperbola, yəni mübaliğə kimi qəbul oluna bilər. Məqsəd təhsil sisteminin və gənclərin köhnə, statik metodlardan uzaqlaşaraq yeni texnologiyaları mənimsəməsinə stimul verməkdir. Lakin bu çağırışın humanitar elmlərin, milli institutların və kitabın cəmiyyət üçün fundamental əhəmiyyətini kölgədə qoyacaq formada təqdim edilməsi ictimaiyyətdə haqlı olaraq narahatlıq yaradır və texnokratik yanaşma təsiri bağışlayır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 499   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

TOP MP3