Sürücü yolu bilmədi, sərnişinlərdən soruşdu - Avtobusla bağlı ŞİKAYƏT
Bakıda fəaliyyət göstərən 9 nömrəli avtobuslardan birinin sürücüsü ilə bağlı sərnişinlərdən şikayət daxil olub. Sərnişinlərin sözlərinə görə, yeni təyin olunan sürücü marşrutu və dayanacaqları tam tanımır. Tıxac zamanı avtobusu idarə etməkdə çətinlik çəkir, bəzən bilmədiyi yola daxil olaraq geri qayıdır, bəzi hallarda isə istiqaməti sərnişinlərdən soruşur.
Nəzərə alaq ki, məlum səbəblərdən dolayı Bakının yollarında hərəkət onsuz da çətinləşib. Belə bir vəziyyətdə marşrutu və yolu tam tanımayan sürücünün avtobus idarə etməsi sərnişinlərin təhlükəsizliyi ilə bağlı suallar yaradır.
Bəs avtobus sürücüləri işə qəbul olunarkən hansı imtahan və yoxlamalardan keçirlər? Belə halların yaşanmasının səbəbi nədir?
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanladıq.
"Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev BiG.AZ-a açıqlamasında bildirib ki, şirkətin istismarında olan müntəzəm marşrut xətləri üzrə sürücü vəzifəsinə qəbul olunmuş şəxslər əvvəlcədən təlimlərə cəlb edilir:
"Onlar işləyəcəkləri xəttin hərəkət trayektoriyası, dayanacaqları, hərəkət intervalı və digər vacib məlumatlarla tanış olurlar. Hər hansı sürücünün işlədiyi marşrut xəttinin yolunu tanımaması demək olar ki mümkünsüzdür. Qeyd etdiyiniz məsələ tərəfimizdən araşdırılacaq və sürücü ilə müvafiq iş aparılacaqdır".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 187 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa bölgəsinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun baş verib. xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, uçqun altında qaldığı ehtimal edilən yeddi işçidən ikisi xilas edilib. Beş nəfərin dağıntılar altında qaldığı bildirilir
01.10.2026 395 Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib
Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili
11:31 152 Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb
Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə
01.10.2026 370 Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
01.10.2026 417 "Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz"
"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP
11:09 96 Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar
"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə
01.10.2026 458 Dünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 405 Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil
ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"
01.10.2026 380 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo
01.10.2026 422