"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır".
Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

"Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək".

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra həmin ərazilərin bərpası ilə bağlı dövlət proqramı qəbul olunub:

"Bu proqramın "Böyük Qayıdış"a dair birinci mərhələsində 140 min insanın doğma yurdlarına geri dönməsi planlaşdırılır. 2021-ci ildən başlayaraq azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Laçın, Şuşa, Xocalı, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan kimi rayon mərkəzlərində, eləcə də çoxlu sayıda kənd və qəsəbələrdə bərpa işlərinə başlanılıb, yaşayış kompleksləri tikilib. Bununla yanaşı, bölgədə böyük infrastrukturların qurulması istiqamətində də mühüm layihələr icra olunur. Dəmir yolu və avtomobil yolları çəkilir, çoxlu sayda tunel, körpü və keçidlər inşaa edilir. Ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi məhz bu infrastrukturların bərpasına sərf olunur. Bərpa edilən şəhər və qəsəbələr müasir standartlara cavab verən "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyaları əsasında inşa edilir. Azərbaycan dövləti büdcənin vacib bir hissəsini məhz bu ərazilərin bərpasına və əhalinin məskunlaşmasına yönəldib".

Müsahibimiz əlavə edib ki, işlərin hazırkı tempi göstərir ki, proqrama uyğun olaraq ilin sonunadək 140 min insan azad olunmuş ərazilərə geri qayıdaraq məskunlaşacaq:

"Növbəti mərhələdə də bərpa-quruculuq işləri davam etdiriləcək. Ərazidə yeni iş yerləri açılır, investisiyalar qoyulur, su anbarları və su elektrik stansiyaları tikilir, intensiv bağçılıq inkişaf etdirilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlətin prioritet istiqamətlərindən biridir. Proseslərin uğurla davam etməsi dövlət proqramının ikinci mərhələsinin də eyni uğurla həyata keçiriləcəyini və keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına sürətlə dönəcəklərini göstərir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 133   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

17:09 74
.

Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq dünyaya gətirdi

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. "Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatın

11:29 199
.

"YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun

10:58 137
.

"Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular"

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

16:46 107
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

16:28 115
.

İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı

"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilib. "Qafqazinfo"

16:06 134
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

13:15 259
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

11:31 289
.

"Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib

"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi

11:56 152
.