CineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO

CineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO"Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında musiqi, üslub və təkrarsız enerji ilə dolu bir axşam baş tutdu. Bu möhtəşəm tədbir dünya səhnəsinin əfsanəsi Maykl Cekson haqqında çəkilmiş, böyük maraqla gözlənilən "Maykl" bioqrafik filminin dünya premyerasından 3 gün öncə keçirilən nümayişinə həsr olunmuşdur.

Tədbir əsl genişmiqyaslı dünyəvi hadisəyə çevrildi və hər detal incəliklə düşünülmüşdü. Kinoteatrın foyesi sənətkarın yaradıcılıq dövrlərindən ilhamlanan üslubda tərtib edilmişdi: zərif dekor, işıq effektləri və şou-biznes ab-havası qonaqlara pop musiqisinin kralının dünyasına səyahət hissi yaradırdı.

Qonaqları səmimi və bayram əhval-ruhiyyəsi qarşılayırdı - dadlı təamlar, müxtəlif içkilər və DJ-in musiqi setləri gecənin ritmini müəyyən edir, onu yüngüllük və parlaq təəssürat gözləntiləri ilə doldururdu.

Proqramın kulminasiyası Maykl Ceksonun məşhur hitləri altında təqdim olunan "A1" rəqs qrupunun möhtəşəm çıxışı oldu. Hərəkətlərin dəqiqliyi, ifaçıların xarizması və səhnənin güclü enerjisi tamaşaçılarda əsl emosiyalar yaratdı. Axşamın parlaq və eyni zamanda təsirli finalı isə əfsanəvi sənətkar obrazında çıxış edən gənc rəqqasın virtuoz nömrəsi oldu - bu çıxış tamaşaçıların xüsusi rəğbətini və alqışını qazandı.

"Maykl" filminin premyeradan öncə nümayişi qonaqların yaddaşında uzun müddət qalacaq parlaq mədəni hadisəyə çevrildi - ilham, musiqi və əfsanə ilə dolu bir axşam kimi.

Qapalı nümayişdə dəvət olunan xüsusi qonaqlar, tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

Axşam "Maykl" filminin çoxdan gözlənilən nümayişi ilə yekunlaşıb.

"Maykl" filmi sənətkarın yolunu - ailə qrupunun tərkibində səhnəyə ilk addımlarından başlayaraq, dünya miqyasında musiqi və şou-biznes sənayesini dəyişən bir ikonaya çevrilməsinə qədər olan mərhələləri əhatə edir. Filmin rejissoru Antuan Fukua, baş rolu isə Maykl Ceksonun qardaşı oğlu Cafaar Cekson ifa edib ki, bu da ekran əsərinə xüsusi autentiklik və dərinlik qatır. Layihədə həmçinin Kolman Dominqo və Nia Lonq kimi aktyorlar da mühüm obrazları canlandırıblar.

Filmdə yalnız musiqi irsinə deyil, həm də Maykl Ceksonun həyatının pərdəarxası tərəflərinə - onun daxili hisslərinə, yaradıcılıq axtarışlarına və unikal obrazının formalaşmasına təsir edən hadisələrə xüsusi diqqət yetirilir. Tamaşaçıları "Thriller" və "Bad" albomlarından ilhamlanan əfsanəvi səhnə nömrələrinin yenidən canlandırılması, eləcə də sənətkarın həyatından nadir və əvvəllər nümayiş olunmayan məqamlar gözləyir.

Tamaşaçılar "Maykl" filmini "CineMastercard" kinoteatrlar şəbəkəsində orijinal -ingilis dilində, eləcə də rus dilində izləyə biləcəklər. Bundan əlavə, film 4DX və ScreenX formatlarında da təqdim olunur.

CineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTOCineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 650   Tarix: 24 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular"

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

02.10.2026 213
.

"Eşref" geri qayıdır - Amma təkdir

"Eşref Rüya" serialının "Eşref"i Çağatay Ulusoy yeni layihə ilə geri dönür. BİG.AZ xəbər verir ki, TİMSBİ şirkəti yeni serialın yaxın zamanda dijital platformada yayımlanacağını açıqlayıb. Şirkət layihəni "Tek isim. Tek başlangıç. Eşref Tek. Her efsanenin bir başlangıcı vardır"

02.10.2026 309
.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

02.10.2026 217
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 216
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

02.10.2026 226
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 149
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 225
.

Yəməndə ölən və yaralananların sayı 1500-ü keçdi

Yəməndə döyüşlər intensivləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, silahlı qüvvələrin məlumatına görə, son 24 saat ərzində həyata keçirilən 474 hücum nəticəsində 1 540 husi döyüşçüsü öldürülüb və ya yaralanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin cənubuna yönələn ü

10:08 134
.

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsind

10:41 117
.