Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür
Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür.
BiG.AZ "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.
Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.
Ermənilər Suqovuşanı işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49 971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33 651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.
Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərindən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağ-atıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağ-atıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.
Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanun imzalayıb. Dövlət başçısı 2021-ci il oktyabrın 3-də Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaldıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 391 Tarix: 03 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKəlağayı: Azərbaycan qadınının zəriflik rəmzi
"Azərbaycan mədəniyyətində bəzi əşyalar gündəlik istifadə vasitəsi olmaqdan daha böyük məna daşıyır. Onlar xalqın yaddaşını, ailə ənənələrini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Kəlağayı da məhz belə mədəni simvollardandır. İpəyin zərifliyi, rənglərin ahəngi və naxışların özünəməxsusluğ
12:45 227 Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi
"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini
12:46 217 Hamı intizamlı, səliqəli və vahid formada - Video
Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər
16:06 318 "Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam
"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl
17:31 259 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13:30 236 Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
22:30 82 Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
23:15 1 Anasının dəfninə getməməsinin səbəbini AÇIQLADI
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aprel ayında vəfat edən anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəbini aylar sonra açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı şoumen anasının dəfninə getməməsinin səhhəti ilə deyil, uşaqlıq illərindən qalan incikliklərl
20:00 192 "Təxribatçı qüvvələr həssas insanlardan sui-istifadə etməsinlər" - Allahşükür Paşazadə
"Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır". xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "Real" Tv-yə müsahibəsində bildirib. "Bu yaxınlarda "Anım günü"nü keçirdik. Qarşıdan da "Zəfər günü" gəlir
18:15 198