Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi - Həkimdən şikayətçidir

Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi - Həkimdən şikayətçidirBakı şəhər sakini Ərəstun Rzayev martın 23-ü vəfat edən oğlunun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir.

"Qafqazinfo"ya müraciət edən Ə.Rzayev 34 yaşlı övladının ölümündən 12 gün əvvəl əməliyyat edildiyini bildirib.

O, oğlu Adil Rzayevin ölümü ilə bağlı obyektiv araşdırma aparılmasını xahiş edib: "Oğlum Adilin səhhətində yaranmış problemə görə onu martın 11-də "SPERO Hospital"a apardıq. Oradakı KT müayinəsi nəticəsində oğlumun dalağının arxa hissəsində qan toplanması (hematoma) olduğu bildirildi. Elə həmin gün Adili dərhal Respublika Diaqnostika Mərkəzində həkim İlqar İsmayılovun qəbuluna apardım. O, övladımın dərhal cərrahi əməliyyat edilməsinin zəruri olduğunu bildirdi. KT və analizlərin nəticəsinə əsasən tam diaqnoz təyin edə bilmədiyi üçün ilk öncə endoskopik (kamera ilə), əgər zərurət yaranarsa, açıq əməliyyata keçəcəyini bildirdi. Əməliyyatdan sonra İlqar İsmayılov mənə prosesin uğurlu olduğunu, qan yığıntısının təmizləndiyini və bir azdan palataya keçiriləcəyini dedi. Lakin qan yığınının nədən yaranması barədə dəqiq məlumat vermədi".

Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi - Həkimdən şikayətçidirŞikayətçi bildirib ki, oğlu 6 gün xəstəxanada qalıb: "Martın 12-si həkimdən oğlumun səhhəti barədə soruşdum. Dedi ki, hər şey qaydasındadır. Amma Adil palatada yatdığı müddətdə hər gün ağrılarının olduğunu və ağrıkəsici dərmanların vurulduğunu söyləyirdi. Hətta ağrıdan səhərə qədər yata bilmədiyini deyirdi. İlqar həkimdən bu ağrıların səbəbini soruşduqda əməliyyatın ağrısının olduğunu söyləyirdi, amma uşağımın ağrıları dayanmırdı. Martın 17-si onun köməkçisi olan Ramil həkim oğlumu xəstəxanadan çıxara biləcəyimizi deyərək qalan məbləği gətirməyimi söylədi. Həkimə tərəfimizdən ümumilikdə 5 000 manata yaxın pul verildi. Çıxarış sənədlərini soruşduqda bayramdan sonra veriləcəyini bildirdi. Oğlum mənə həmin günü UZİ-dən (USM-dən) keçdiyini və həkimin ona hər şeyin qaydasında olduğunu söylədiyini dedi".

Ərəstun Rzayevin sözlərinə görə, evə gətirildikdən sonra da övladının ağrıları davam edib: "Martın 19-da Adili İlqar həkimin yanına apardım və ona dedim ki, uşağımın ağrıları hələ də keçmir. O, qarın nahiyəsinə iki barmağı ilə baxaraq heç bir şey olmadığını, hər şeyin qaydasında olduğunu dedi. Mən nə qədər narahatlıq hissimi bildirsəm də, təşviş üçün heç bir əsas olmadığını deyərək məni arxayın saldı. Martın 22-si oğlumun ağrıları artdığı üçün həyat yoldaşım Ramil həkimlə danışıb, o da KT müayinəsindən keçirməyi söyləyib. Bayram günləri olduğu üçün heç bir yer işləmədiyinə görə martın 23-də "SPERO Hospital"da Fariz həkimin yanında KT müayinəsindən keçirdik. Nəticəni Fariz həkim İlqar İsmayılova vatsap vasitəsilə atdı. Yoldaşım İlqar həkimə səs atdıqda o bildirdi ki, "mən səs yazılarına qulaq asmıram və ölkə xaricindəyəm, uşağınızı başqa dövlət xəstəxanasına yerləşdirin". Artıq 1 saylı Kliniki Tibbi Mərkəzə oğlumu çatdırdıqda təcili əməliyyata alındı, əməliyyat masasında dalağının partladığı, qarın boşluğunun qanla dolu olması məlum oldu. Əfsus ki, oğlumu xilas etmək mümkün olmadı. Təəssüfləndirici digər məqam odur ki, İlqar İsmayılov bir dəfə belə olsa, bizə zəng edib xəstə ilə maraqlanmadı, telefonlarımıza cavab vermədi, oğlum vəfat etdikdən sonra adi başsağlığı belə vermədi".

Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi - Həkimdən şikayətçidirMərhumun atası övladının ölümünə keçirdiyi dalaq əməliyyatı və sonrakı ağırlaşmaların səbəb olduğunu düşünür: "Bütün faktlar əməliyyatı həyata keçirən Respublika Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılovun səhvinin olmasını göstərir. Oğlum barəsində tərtib olunmuş ölüm haqqında şəhadətnamədə bilavasitə ölümə səbəb kimi trombositlərin keyfiyyət qüsurları, Bernar Sulye (nəhəng trombositlər) sindromu, Qlansman trombasteniyası göstərilib, patoloji prosesin başlanması ilə ölüm arasında fərqin 12 gün olması qeyd edilib. Patoloji prosesin başlanması ilə ölüm arasında zamanın 12 gün qeyd edilməsi ölümün səbəbinin birbaşa olaraq İlqar İsmayılov tərəfindən edilmiş əməliyyat olduğuna işarə edir. Çünki həmin əməliyyat ölümdən 12 gün qabaq edilmişdi".

Ə.Rzayev hadisə ilə bağlı aparılan araşdırmaların gedişatından narazı olduğunu əlavə edib: "İş üzrə araşdırmanın Abşeron Rayon Prokurorluğunda aparılmasının məntiqi izahı yoxdur. Əməliyyat baş verən ərazinin Abşerona heç bir aidiyyəti yoxdur. Oğlum Yasamal rayonunda yerləşən klinikada əməliyyat edilib və işə bu rayonun prokurorluğunda baxılmalıdır. Oğlumun vəfatından sonra onun dalağı tərəfimizdən özəl klinikalardan birinə təhvil verilsə də, bizim xəbərimiz və məlumatımız olmadan götürülərək ekspertizaya təqdim edildiyi bildirilib. Bütün bunların bizə heç bir məlumat verilmədən aparılması məndə araşdırmanın ədalətli araşdırılmadığı və nəticənin də ədalətli olmayacağı qənaətinə gətirir. Hazırda iş üzrə ekspertiza təyin olunub. Xahiş edirəm, məsələyə obyektiv baxılsın və faktla bağlı cinayət işi açılaraq ətraflı istintaq tədbirləri həyata keçirilsin".

Məsələ ilə bağlı prokurorluqdan sorğumuza cavab olaraq bildirilib ki, hazırda araşdırmalar davam etdirilir. Ekspertizanin rəyinə əsasən, cinayət işi açıla bilər.

İttihamlarla əlaqədar həkim İlqar İsmayılovla da əlaqə saxladıq. O, saytımıza açıqlamasında Adil Rzayevin ölümünün onun 11 mart tarixində keçirdiyi cərrahi əməliyyatla əlaqəli olmadığını deyib: "Adil Rzayev təsadüfən bizim yanımıza gəlməyib. Onun atası Ərəstun bəyi bir neçə ay əvvəl bağırsaq xərçənginə görə çox mürəkkəb əməliyyat etmişdik. O da gecikdirilmiş vəziyyətdə yanımıza gəlmişdi. Uğurlu əməliyyat oldu. Adil isə bizə müraciət etməmişdən təxminən 6 ay əvvəl beyin qanaxması - insult keçirmişdi, daha sonra başqa bir mərkəzdə öd kisəsindən əməliyyat edilmişdi. Bundan sonra qarındakı ağrılarla bizə müraciət etmişdi. 1 həftə evdə nəzarətsiz saxlayıblar və müayinə edərkən məlum oldu ki, 1 həftədir qarın boşluğuna qan yığılıb və böyükölçülü qan laxtasını götürmək üçün təcili əməliyyat etmişik.
Əməliyyatla qan laxtasını götürdük, əməliyyatın videosu da mövcuddur. Orada görünür ki, dalaq sağlamdır, hər hansı qanaxma yoxdur. 1 həftə xəstəxanada qaldı və müayinələr də göstərdi ki, əməliyyat etdiyimiz yer təmizdir və evə buraxıldı. Sonradan kontrola gəldikdə də baxdıq və məlum oldu ki, vəziyyəti kafidir. Daha sonra bayram günlərində bizim və komandamızın Bakıda olmadığı dönəmdə anası zəng edib ki, kəskin ağrıları başlayıb. Biz də dedik ki, dərhal tomaqrafiyadan keçsin. KT edən həkim də bizə müayinənin nəticəsini göndərdi, səs də göndərdi və dedi ki, Adildə başqa yerdə qanaxma var. Məlum oldu ki, bu dəfə tamamilə başqa yerdə - dalağın içində qanaxma var. Anasına bildirdik ki, təcili əməliyyata ehtiyac ola bilər, dərhal xəstəxanaya aparılsın. Sonra Kliniki Tibbi Mərkəzə aparılıb və orda əməliyyat vaxtı vəfat edib. Ölümə nə səbəb olub hələ ki, bilinmir. Bizdə olduğu müddətlə, keçirdiyimiz əməliyyatla heç bir əlaqəsi yoxdur ölümün. Çox güman ki, xəstənin damar problemi olub. Biz bütün bunları xəstənin yaxınlarına izah etdik. Ola bilər ki, emosional vəziyyətlə bağlı şikayət edirlər".

Fotoda: İlqar İsmayılov

Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi - Həkimdən şikayətçidirƏməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi - Həkimdən şikayətçidir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1160   Tarix: 24 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular"

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

02.10.2026 213
.

"Eşref" geri qayıdır - Amma təkdir

"Eşref Rüya" serialının "Eşref"i Çağatay Ulusoy yeni layihə ilə geri dönür. BİG.AZ xəbər verir ki, TİMSBİ şirkəti yeni serialın yaxın zamanda dijital platformada yayımlanacağını açıqlayıb. Şirkət layihəni "Tek isim. Tek başlangıç. Eşref Tek. Her efsanenin bir başlangıcı vardır"

02.10.2026 309
.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

02.10.2026 217
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 216
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

02.10.2026 226
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 149
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 225
.

Yəməndə ölən və yaralananların sayı 1500-ü keçdi

Yəməndə döyüşlər intensivləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, silahlı qüvvələrin məlumatına görə, son 24 saat ərzində həyata keçirilən 474 hücum nəticəsində 1 540 husi döyüşçüsü öldürülüb və ya yaralanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin cənubuna yönələn ü

10:08 134
.

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsind

10:41 117
.