Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir
Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası basketbol turniri keçirilir.
Bu yarışların əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.
Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki stadionlarda təşkil edilən 3x3 basketbol yarışlarında ümumilikdə 500-ə yaxın gənc idmançının yer aldığı 120 komanda iştirak edir. Turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının müvafiq qaydada təsdiq edilmiş Texniki reqlamentinə əsasən olimpiya sistemi üzrə keçirilir.
Turnirin birinci mərhələsi aprel 30-na kimi davam edəcək və mayın 4-5-də final oyunları ilə yarışlara yekun vurulacaqdır.
Yarışların qalibləri kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.











BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 578 Tarix: 24 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSıfır bal ən çox bu fənlərdən toplanıb
Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrə qeydə alınıb. Axşam.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlar
16:30 112 Bakıda yanğın baş verib
Bakının Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Məlumatda qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. "Əlavə məluma
19.06.2026 251 Xəzər rayonunda açıq ərazidəki yanğın söndürüldü
Xəzər rayonunda açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən daha geniş sahəyə yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb. xəbər verir ki, yanğın nəticəsində açıq ərazidə 15 hektar sahədə kol-kos və məişə
19.06.2026 230 Qazaxıstanda yanacaqdoldurma məntəqəsində yanğın baş verib, üç nəfər ölüb
Qazaxıstanın Aktobe şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində üç nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "Kazinform" agentliyi xilasetmə xidmətlərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, ölənlər arasında iki uşaq var. "Yanğının söndürülməs
16:10 108 İqtisadçı: Büdcə xərclərinin azalması iqtisadi dövriyyəni zəiflədib
İqtisadçı Natiq Cəfərli ölkədə müşahidə olunan iqtisadi durğunluğu şərh edib. xəbər verir ki, onun sözlərinə görə, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları eyni problemi qeyd edirlər - dövriyyədə pul və likvidlik azalıb, satış və sifarişlərdə kəskin eniş müşahidə olunur. Cəfərli bildirir ki
19.06.2026 249 İran Hörmüzlə bağlı məlumatları təkzib etdi
İranın Xarici İşlər Nazirliyi Hörmüz boğazının bağlanması ilə bağlı məlumatları təkzib edib. xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib. "Bu marşrut üzrə gəmiçilik davam edir", - İran XİN-in nümayəndəsi vurğulayıb. Xatırladaq ki, daha əvvəl Almaniyanın "Bild"
13:30 140 Şəmkirdə 59 yaşlı qadın evində ölü tapıldı
Şəmkirdə evdə meyit aşkarlanıb. apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1967-ci il təvəllüdlü G.Mehdixanovanın meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvi
10:45 179 Kamçatka sahillərində güclü zəlzələ baş verib
Rusiyanın şərqində, Kamçatka sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 187 min nəfərin yaşadığı Petropavlovsk-Kamçatski şəhərindən 140 km şərqdə yerləşib. Zəlzələni
12:15 148 Luvrun direktoru həyəcan təbili çaldı
Luvr Muzeyinin direktoru Lorans de Kar dünyanın ən məşhur muzeyinin ciddi infrastruktur böhranı yaşadığını bəyan edib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, muzey rəhbərliyi mövcud vəziyyətin təcili olaraq dəyişmədiyi təqdirdə kompleksin normal fəaliyyətinin bərpaolunmaz dərəcədə təhlük
15:50 122