Ağıl dişləri müdrikliyə necə təsir edir - ARAŞDIRMA
Alimlər ağıl dişlərinin varlığının insanın intellekt səviyyəsinə, yaddaşına və əqli qabiliyyətlərinə təsir edib-etmədiyini araşdırıblar.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, simvolik adına baxmayaraq, ağıl dişlərinin insanın intellekt səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Onların çıxması əqli qabiliyyətlərin inkişafı ilə deyil, yalnız orqanizmin yaş və fizioloji dəyişiklikləri ilə bağlıdır.
Xalq arasında "ağıl dişləri" adlandırılan üçüncü molyarlar, adətən, 17 yaşdan etibarən çıxmağa başlayır və adətən 25 yaşa qədər tam formalaşır. Bu adın yaranma səbəbi də həmin dövrdə insanın artıq yetkin hesab olunmağı, həyat təcrübəsi və müstəqillik qazanmağı ilə bağlıdır ki, bu da müdrikliklə assosiasiya olunur.
Təkamül və müasir dövr
Əslində, bu dişlər əcdadlarımıza bərk və lifli qidaları - çiy kökləri, sərt toxumları və kobud bitki mənşəli qidaları çeynəmək üçün lazım idi. Lakin rasionun dəyişməsi və çənə quruluşunun təkamülü nəticəsində onlara ehtiyac artıq demək olar ki, yoxdur.
Müasir insanların çənəsi əcdadlarımıza nisbətən çox vaxt daha kiçik ölçüdə olur, buna görə də ağıl dişlərinin çıxması üçün kifayət qədər yer qalmır. Bu, iltihaba, ağrıya və qonşu dişlərə təzyiqə səbəb ola bilir. Buna görə stomatoloqlar bəzən onların çəkilməsini tövsiyə edirlər.
Mütəxəssislərin rəyi
Mütəxəssislər vurğulayırlar ki, ağıl dişlərinin olması və ya olmaması yaddaşa, məntiqə, öyrənmə qabiliyyətinə və ya digər koqnitiv funksiyalara heç bir təsir göstərmir. Bəzi insanlarda bu dişlərdən dördü də çıxa bilər, digərlərində isə bir, iki, üç ədəd çıxması və ya ümumiyyətlə heç birinin çıxmaması normal hal hesab olunur.
Üçüncü molyarların yoxluğu çox vaxt genetik xüsusiyyətlərlə bağlıdır və patologiya deyil. Əgər ağıl dişləri düzgün inkişaf edirsə, diskomfort yaratmırsa və digər dişlərin düzülüşünü pozmursa, onların çəkilməsinə ehtiyac yoxdur.
Sevda Rumi
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 627 Tarix: 23 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs
02.10.2026 405 Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu
Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı
02.10.2026 237 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 262 Fransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 220 "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident
"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır
02.10.2026 258 Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar
Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi
02.10.2026 188 "Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü
Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu
02.10.2026 279 Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video
Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün
11:02 165 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
02.10.2026 189