Yumurtalar təhlükəlidirmi? - Əsl risk nədədir
"Uzun müddətdir sosial şəbəkələrdə qidaların süni şəkildə hazırlanması ilə bağlı videolar paylaşılır. Bu videoların əksəriyyətinin Çində çəkildiyi iddia olunur. Onlardan biri də "süni yumurta" mövzusudur. Lakin internetdə yayılan bu cür görüntülər adətən ya laboratoriya təcrübələri, ya oyuncaq istehsalı prosesləri, ya da bitki mənşəli yumurta əvəzedicilərinin nümayişi olur. Buna görə də yumurta istehlakçıları arasında panikaya əsas yoxdur. Ölkəmizdə süni yumurta ilə bağlı hər hansı rəsmi şikayət və ya təsdiqlənmiş hal qeydə alınmayıb. Rəsmi qurumlar da bu istiqamətdə neqativ vəziyyət barədə məlumat verməyib".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.
O, qeyd edib ki, belə videolar bir çox insanda narahatlıq və təşviş yaradır. Nəzərə almaq lazımdır ki, yumurtanın görünüşü onun saxlanma şəraitindən asılı olaraq dəyişə bilər. Saxlanma müddəti keçmiş yumurta bişirildikdə fərqli teksturaya malik ola bilər. Məsələn, yumurtanın ağ hissəsi daha rezinvari görünə bilər. Bu isə saxtakarlıq əlaməti deyil:
"Bir yumurtanı süni şəkildə istehsal etməyə cəhd göstərilsəydi, onun maya dəyəri yüksək olardı. Bu isə iqtisadi baxımdan səmərəli deyil. İstehsalçının əsas məqsədi gəlir əldə etməkdirsə, süni yumurta istehsalı praktik və sərfəli seçim sayılmaz. Üstəlik, bu tip məhsulların geniş miqyasda yayılması da real görünmür. Dünyada "Just Egg" kimi bitki mənşəli yumurta əvəzediciləri mövcuddur, lakin bunlar süni yumurta deyil. Onlar xüsusi tərkibli, qablaşdırılmış və pəhriz məqsədli alternativ məhsullardır və qiymətləri də nisbətən yüksəkdir.
Yumurtada əsas risk onun süni olması deyil, düzgün saxlanmaması və ya düzgün bişirilməməsidir. Xüsusilə çiy və ya az bişmiş yumurtanın istifadəsi qida zəhərlənməsi riskini artıra bilər. Buna görə diqqət daha çox məhsulun təzəliyinə və gigiyenik şərtlərə yönəldilməlidir.
Yumurtanı sındırarkən xoşagəlməz qoxu hiss olunursa, bu ciddi xəbərdarlıq əlamətidir. Satın alarkən qablaşdırma, istehsal tarixi və saxlanma şəraiti mütləq yoxlanmalıdır. Mənşəyi bilinməyən və ya açıq şəkildə satılan yumurtalarda risk daha yüksək olur.
Təbii yumurtanın qabığı adətən bir qədər nahamar və mat olur. Həddindən artıq parlaq və hamar qabıqlar isə bəzən əlavə emal prosesindən xəbər verə bilər, lakin bu, onun süni olması anlamına gəlmir. Təzə yumurtanın sarısı sındırıldıqda daha qabarıq və bütöv qalır, ağ hissə isə iki qatlı quruluşa malik olur.
Yumurtanın qabığında çirklənmə varsa, bişirməzdən əvvəl yumaq lazımdır. Lakin yumurtanı əvvəlcədən yuyub soyuducuda saxlamaq düzgün deyil, çünki qabıqdakı məsamələr açılır və bakteriyaların daxil olma riski artır. Yumurtaları soyuducunun qapısında saxlamaq da məsləhət deyil, çünki tez-tez açılıb bağlanma temperatur dəyişkənliyi yaradır. Qabıqları çatlamış yumurtaları isə ümumiyyətlə istifadə etmək olmaz, çünki mikroorqanizmlərin daxil olma ehtimalı yüksəkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 861 Tarix: 23 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs
02.10.2026 405 Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu
Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı
02.10.2026 237 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 262 Fransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 220 "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident
"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır
02.10.2026 258 Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar
Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi
02.10.2026 188 "Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü
Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu
02.10.2026 279 Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video
Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün
11:02 165 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
02.10.2026 189