ABŞ-İran Gərginliyi Pik Həddə: Gəmi Hadisəsi Böhranı Dərinləşdirir - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ-İran Gərginliyi Pik Həddə: Gəmi Hadisəsi Böhranı Dərinləşdirir - POLİTOLOQDAN AÇIQLAMAABŞ və İran arasında gərginlik son günlər kəskin şəkildə artıb. Məlumatlara görə, Vaşinqton İranın bir yük gəmisini Hörmüz boğazı yaxınlığında saxlayaraq ələ keçirib. ABŞ tərəfi bu addımı İranın tətbiq olunan dəniz blokadasını pozması ilə izah edir. Tehran isə bu əməliyyatı "silahlı quldurluq və atəşkəsin pozulması" kimi qiymətləndirərək cavab verəcəyini bəyan edib. Eyni zamanda İran rəsmiləri ABŞ ilə planlaşdırılan növbəti danışıqlarda iştirakdan imtina etdiklərini açıqlayıblar.

Bu vəziyyət onsuz da gərgin olan diplomatik prosesi daha da qeyri-müəyyən vəziyyətə salıb. Hazırda regionda elan olunan atəşkəsin 22 apreldə başa çatacağı bildirilir və tərəflər arasında qarşılıqlı ittihamlar fonunda onun davam edib-etməyəcəyi ciddi sual altındadır.
ABŞ-İran Gərginliyi Pik Həddə: Gəmi Hadisəsi Böhranı Dərinləşdirir - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, atəşkəs müddəti bitdikdən sonra ümumiyyətlə problemin tamamilə həll olunmasını gözləmək kifayət qədər sadəlövh yanaşma olar. Çünki İran və ABŞ arasında danışıqlar prosesinin uğursuz olmasına səbəb olan önəmli bir məqam var, buda qarşılıqlı olaraq etimad əksikliyi ilə bağlıdır. Yəni ciddi etimadsızlıq mühitində hansısa bir formada biz danışıqların uğurlu nəticə əldə etməsini gözləyə bilmərik. Onun sözlərinə görə, digər tərəfdən isə biz artıq bir neçə gündür Qərb mediasında ABŞ-ın beynəlxalq sularda İran bayrağı ilə üzən gəmiləri ələ keçirəcəyi və bu istiqamətdə addımlara hazırlaşdığı ilə bağlı məlumatların tirajlandığını və müzakirələrin aparıldığını müşahidə edirdik: "Dünən belə bir addımın atıldığı və qarşılıqlı olaraq İran tərəfindəndə ABŞ gəmilərinə hücumlar təşkil edildiyini müşahidə etdik. Düşünürəm ki, bu artıq sadəcə iki dpvlət arasında olan nüvə məsələsi, yada hər hansısa bir formada rejim böhranından irəli gələn qarşıdurma çərçivəsini kifayət qədər çox aşan və dəhlizlərdə təhlükəsizlik, enerji təhlükəsizliyi, eyni zamanda bir çox istiqamətdə beynəlxalq hüquq norma və prinsipləri tamamilə gözardı edən bir yanaşmanı ortaya qoyur. Burdə əsas məqsəd təbiiki beynəlxalq dənizlər üzərində nəzarətin kim tərəfindən təmin olunması istiqamətində güc mübarizəsidir. ABŞ qlobal güc, qlobal aktor olaraq çalışır ki, bu istiqamətdə öz müstəsna rolunu sübut etsin. İran isə Orta Şərq və ümumilikdə bu istiqamətdə ola biləcək maraqları və dənizlərdəki müəyyən təsir mexanizmlərini itirmək istəmir.

ABŞ ilə aparılan mübarizədə də əsas hədəflərdən biri bu kimi görünür. Amma ümumilikdə atəşkəs müddəti bitdikdən sonra yenidən hərbi əməliyyatların başlanması ilə bağlı ssenariləri fərqli istiqamətdə dəyərləndirmək olar. Biz artıq müharibənin yeni bir fazaya daxil olduğunu müşahidə edirik. Bu aktiv hərbi əməliyyatlardan daha çox proksi qüvvələri vasitəsi ilə, eyni zamanda təsir mexanizmlərinin bloklanması vasitəsi ilə mübarizənin davam etdirilməsini özündə ehtiva edir. Həmdə onu qeyd etmək lazımdır ki, ABŞ-ın beynəlxalq sularda İran bayrağı ilə üzən gəmilərə hücumlar təşkil etməkdə əsas hədəflərdən biridə İranın sanksiyalardan kənar neft ehtiyatlarını dünya bazarına çıxarılmasınıda bloklamaqdır ki, bu düşünürəm ki, danışıqlar prosesində İran üçün ən əsas təzyiq vasitəsi olaraq istifadə olua bilər.

Ümumilikdə hadisələrin inkişaf xronikası onu deməyə əsas verir ki, Amerika ilə İran arasında olan qarşıdurma çox qısa müddətdə öz həllini tapa biləcək bir problem deyil. Bu sadəcə müəyyən bir atəşkəs dövrünü və ya durğunluq dövrünü əhatə edə bilər. Amma növbəti mərhələlərdə biz həm nüvə məsələsi ilə bağlı olan danışıqların kifayət qədər uzun bir dövrü əhatə edə biləcəyini, eyni zamanda dəniz suları üzərinə kimin daha çox təsir mexanizminə sahib olması uğrunda mübarizənində davam eliyəcəyini aydın şəkildə müşahidə edə bilərik. Ümumilikdə tərəflər arasında razılığın əldə olunmamasının əsas səbəblərindən biri isə qarşılıqlı olaraq etimadsızlıq mühitinin getdikcə dərinləşməsidir. Çünki hər iki tərəfin bu istiqamətdə təcrübəyə əsaslanan yanaşmaları var.

Xüsusi ilə İranın 2015-ci ildə çərçivə sənədi ilə bağlı götürülən öhdəliklərdən ABŞ-ın Donald Trampın birinci prezidentliyi dövründə bir tərəfli qaydada geri çəkilməsi ilə bağlı atdığı addımı əsas göstərərək bundan sonrakı mərhələdə götürülən öhdəliklərin hər hansısa bir formada gələcəyə yönəlik zəmanət xarakteri daşımadığını irəli sürə bilər. Düşünürəm ki, danışıqlar prosesində İranın çəkingən yanaşma nümayiş etdirməsinin əsas səbəblərindən biridə budur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 854   Tarix: 20 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fransada polis 600 etirazçını həbs edib

Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite

02.10.2026 228
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

14:26 102
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 234
.

Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu

Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı

02.10.2026 240
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 275
.

"Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi

Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin

02.10.2026 281
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

10:21 179
.

"Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər" - Video

"Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbayca

11:21 148
.

İlham Əliyev həmkarlarına təbrik məktubu ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, təbrik mətnində deyilir: . "Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbayca

13:19 126
.