Aleksandar Vuçiç İlham Əliyevə zəng edib

Aleksandar Vuçiç İlham Əliyevə zəng edibAprelin 19-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə BiG.AZ AZƏRTAC-a istinadən məlumat verilib.

Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri, dövlət başçılarının iştirakı ilə keçirilmiş Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası məmnunluqla xatırlanıb, səfər çərçivəsində imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan və Serbiya prezidentləri ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, enerji, investisiyalar və hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edən yeni birgə layihələrin daha da inkişaf etdirilməsi ilə bağlı planları müzakirə ediblər.

Serbiyaya göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıq edən Aleksandar Vuçiç ölkəsinin Azərbaycanla münasibətləri səmimi dostluq, qarşılıqlı hörmət və iqtisadi tərəqqiyə ortaq maraq ruhunda gələcəkdə də inkişaf etdirmək əzmini bir daha vurğulayıb.

Aleksandar Vuçiç bütün bunları ölkələrimiz arasında güclü tərəfdaşlığın və qarşılıqlı etimadın təsdiqi kimi qiymətləndirib. Serbiya Prezidenti gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasında iştirak edəcəyini də deyib.

Telefon danışığı zamanı Serbiyanın "Airserbia" şirkətinin mayın 3-nə planlaşdırılan Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşların həyata keçiriləcəyindən məmnunluq bildirilib, bunun xalqlarımızın yaxınlaşdırılması və iqtisadiyyatlarımızın, o cümlədən turizm potensialının möhkəmləndirilməsi istiqamətində mühüm addım olduğu vurğulanıb.

Dövlət başçıları Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, regionun təhlükəsizliyi və inkişafı üçün əsas şərtlərdən biri kimi sülhün və sabitliyin bərpasının vacibliyini bir daha qeyd ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 691   Tarix: 19 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Böyük Qayıdışın ünvanı Qarabağ: Diplomatik korpus bölgədə - Ekspert ŞƏRHİ

Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri xüsusi əhəmiyyət daşıyır. Diplomatları

11.09.2026 245
.

Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov

Nüvə silahlarının Litva ərazisində yerləşdirilməsi gərginliyin yeni mərhələsinə gətirib çıxaracaq. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, belə silahların Qərbə deyil, şərqə, yəni Rusiyaya yönəldiləcəyi aydındır. "Əgər ərazidə bizə qarşı yönəlmiş nüv

11.09.2026 259
.

Faciəvi şəkildə ölən bacı-qardaşın yaxınları danışdı (VİDEO)

Əslən Ucar rayonunun Şilyan kəndindən olan 67 yaşlı Füzuli Baxışov və onun bacısı, 51 yaşlı Zərnişan Baxışova Rusiyada faciəvi şəkildə ölüblər. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, sözügedən bədbəxt hadisə ilə bağlı bəzi detallar məlum olub. Mərhumların qohumlarının sözlərin

10:23 269
.

Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Kəlbəcərdəki "İstisu" mineral su zavoduna baş çəkiblər. BİG.AZ "Report"a istinadən verdiyi xəbərə görə, diplomatlar müəssisənin fəaliyyəti, istehsal gücü və mineral suyun qablaşdırılması prosesi ilə tanış olublar. Qonaqlar

17:14 393
.

Türkiyədə uşaqların məktəb həyəcanı, valideynlərin dolanışıq qayğısı - KÖŞƏ YAZISI

Yeni tədris ili başlayarkən uşaqlar məktəb həyəcanı yaşayır, milyonlarla valideyn isə artan dəftərxana ləvazimatları, geyim, servis və qidalanma xərclərinin hesabını aparır. Yeni bir tədris ili başlayır. Uşaqlar üçün bu, yeni həyəcan, yeni dostlar, yeni müəllimlər və yeni hədəflər deməkdir. Kimisi il

12:01 232
.

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan nümayəndələrinin maraqlı görüntüləri lentə alınıb. xəbər verir ki, onlar Şuşa şəhərində təşkil olunan tədbirdə yallı gediblər. Həmin görüntüləri təqdim edirik:

11.09.2026 275
.

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib

Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale

11.09.2026 290
.

Səudiyyə Ərəbistanının neft kəməri hücuma səbəb olan yanğından sonra bağlanıb

Məsələ ilə tanış olan iki ABŞ rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanındakı əsas neft boru kəməri sistemi cümə axşamı mərmilərlə vurulub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi cümə günü veb saytında dərc edilən açıqlamada boru kəmərinə hücum edildiyin

09:41 191
.

Nahardan sonra yorğunluq yaranırsa, bunu edin - 15 dəqiqəyə özünüzə gəlin

Nahardan sonra yuxu gəlirsə, amma hətta qısa müddətlik gözləri yummaq imkanı yoxdursa, özünüzü gümrah hiss etməyin başqa yolu da var. xarici mediaya istinadən xəbər verir ki, iş gününün ortasında yuxululuq və enerjinin kəskin azalması demək olar ki, hər kəsə tanışdır. Bu hal xüsusilə nahardan sonra dah

11.09.2026 259
.