Xətibzadə: İran ABŞ ilə birbaşa danışıqların yeni raunduna hazır deyil
ABŞ-nin maksimalist tələbləri İranla birbaşa danışıqların növbəti raundunun keçirilməsinə mane olur.
"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatiya Forumu çərçivəsində "Associated Press"ə müsahibəsində bildirib.
O, Ağ Ev rəhbəri Donald Trampın bəyanatlarını təkzib edərək İranın öz zənginləşdirilmiş uranını ABŞ-yə verməyəcəyini qeyd edib.
"Sizə deyə bilərəm ki, zənginləşdirilmiş uran Birləşmiş Ştatlara göndərilməyəcək. Bu heç müzakirə də olunmur, biz çox şeyi müzakirə etməyə hazırıq, ancaq bu məsələdə güzəştə getməyəcəyik", - nazir müavini vurğulayıb.
Xətibzadə həmçinin ABŞ-ni İrana həddindən artıq tələblər irəli sürməkdə ittiham edib.
"Biz real görüşə (birbaşa danışıqlara - red.) hələ hazır deyilik, çünki elə məsələlər var ki, amerikalılar bu barədə öz maksimalist mövqelərindən əl çəkməyiblər", - o bildirib və əlavə edib ki, İran əyani görüşə keçməzdən əvvəl çərçivə sazişi bağlamağa çalışır.
İran rəsmisi tərəflər arasındakı mübahisəli məsələləri sadalamayıb, lakin Vaşinqtonu İrana qarşı tətbiq edilən sanksiyalarla bağlı narahatlığı nəzərə almağa çağırıb, bunu ölkəsinə və onun xalqına qarşı "iqtisadi terror" adlandırıb.
Atəşkəs rejiminə baxmayaraq, İsrailin Livana hücumlarının yenidən başlamasına İranın reaksiya verib-verməyəcəyi ilə bağlı suala Xətibzadə belə cavab verib: "İranın təcavüzü birdəfəlik dayandırmaqdan başqa seçimi yoxdur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 702 Tarix: 19 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
06.11.2026 278 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
06.11.2026 255 Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?
Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin
06.11.2026 233 "Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük"
"Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə bildirib. "Ermənilər 30 il bu torpaqları vira
06.11.2026 185 Timsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ
Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy
06.11.2026 282 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
06.11.2026 245 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
06.11.2026 225 Qəfil infarkt riski kimləri təhdid edir?
Böyük şəhərlərdə yaşayan insanlar ürək-damar xəstəlikləri, xüsusilə infarkt riski ilə daha çox üzləşə bilərlər. Alimlər bunun əsas səbəblərindən birinin havanın çirklənməsi olduğunu müəyyən ediblər. xəbər verir ki, ABŞ-ın Yel Universitetinin mütəxəssisləri çirklənmiş havada olan ultrakiçik hissəcikləri
06.11.2026 217 Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
06.11.2026 288