İstehlakçı niyə aldığını bilmir: Etiket oxumaq mədəniyyəti formalaşmalıdır - EYYUB HÜSEYNOVDAN AÇIQLAMA

İstehlakçı niyə aldığını bilmir: Etiket oxumaq mədəniyyəti formalaşmalıdır - EYYUB HÜSEYNOVDAN AÇIQLAMAAzərbaycanda istehlak bazarında diqqət çəkən əsas problemlərdən biri alıcıların böyük hissəsinin məhsul seçimi zamanı tərkib məlumatlarına kifayət qədər diqqət yetirməməsidir. Mağazalarda satışa çıxarılan ərzaq və gündəlik istifadə məhsullarının üzərində istehsalçı, tərkib, son istifadə tarixi və digər vacib məlumatlar qeyd olunsa da, bir çox hallarda bu məlumatlar ya oxunmur, ya da düzgün dəyərləndirilmir.

Nəticədə istehlakçılar bəzən keyfiyyətsiz, sağlamlıq üçün arzuolunmaz və ya gözləntilərinə cavab verməyən məhsulları almaq riski ilə üz-üzə qalırlar. Bu vəziyyət istehlakçı maarifləndirilməsinin vacibliyini ön plana çıxarır. Cəmiyyətin məlumatlılıq səviyyəsinin artırılması, düzgün seçim vərdişlərinin formalaşdırılması və məhsul etiketlərinin oxunmasının təşviqi həm fərdi sağlamlıq, həm də ümumi bazar keyfiyyəti baxımından mühüm rol oynaya bilər.
İstehlakçı niyə aldığını bilmir: Etiket oxumaq mədəniyyəti formalaşmalıdır - EYYUB HÜSEYNOVDAN AÇIQLAMAMövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bildirdi ki, istehlakçı bütün dünyada və bütün zamanlarda məndə daxil olmaqla hər zaman biliksizdir. Çünki istehsalın arxasında cəmləşmiş qüvvə durur. Məsələn insan resursları, texnologiya, alimlər, pul, vəkillər və s. amillər durur. İstehlakçı isə fərddir, yəni təkdir və həmişə biliksizdir. Elm, texnologiya inkişaf edir və istehsala tətbiq olunur. İstehlakçı bunların hamısını izləyə bilməz. Onun sözlərinə görə, əgər bir meydançada professional ilə qeyri-peşəkar oyuna başlayırsa, əvvəlcədən məlumdur ki, kim uduzacaq: "İstehlakçı bütün hallarda, bütün dünyada uduzur. Bütün dünyada istehlakçılar elə bilirlər ki, onları qoruyurlar və onların uzun ömürlülüyünü istəyirlər, eyni zamanda onların sağlam olmalarını istəyirlər. İstehlakçının sağlam və uzun ömürlü olmasını əslində kim istəyir sualına istehlakçı cavab tapsa, çox şey əldə edər. Düşünsün ki, həkimlərmi istəyir, dərman istehsalçılarımı istəyir, istehsalçılar və Ümumdünya Səhiyyə Təşkilatımı istəyir, kim istəyir istehlakçının sağlam və uzun ömürlü olmasını? Hansı dövlət istəyir ki, ölkəsi təqaüdçülərlə dolu olsun?

Bunlar hamısı ümumilikdə götürdükdə istehlakçını aldatmaq üçün boş, mənasız, aldadıcı çağırışlardır insan sağlamlığı və s. Bu məsələlər gərək yaxşı-yaxşı istehlakçılar tərəfindən düşünülsün. Mənim 5 il bundan əvvəl Norveçdən gəlmiş rusdilli professor ilə çox ciddi bizim ofisdə mübahisəm oldu. O Norveçin bir məhsulunu tərifləmək istəyirdi, mən isə ona sual verdim ki, sən Rusiyada hərbi xidmətdə olmusan? Bəli cavabını verdi, ona dedim ki, məndə Rusiyada hərbi xidmətdə olmuşam. Ona sual verdim ki, yadındadır sovet gənclərinin 80%-i əsgərlikdə siqaret çəkməyi öyrənirdi. Siqaretində zərərli olduğunu bütün dünya təsdiq edir. Ona dedim ki, nə üçün ən təhlükəli siqaret növünü verirdilər Sovet gənclərinə? Özüdə pulsuz verirdilər və hər ay 10 paket.

Ona sual verdim ki, bu sualın cavabını bilirsən? Ona başa saldım ki, istehlakçının uzun ömürlü olması bir dənə onun özünə lazımdır. Hökümətə lazımdır ki, vətəndaş gənc yaşlarında hərbi xidmətə getsin, lazım olsa müharibədə vuruşsun. Eyni zamanda istehsal ilə məşğul olsun, yəni kömür, neft çıxartsın. Bir sözlə dövlətə xeyir verib, ömrünü başa vurub çıxıb getsin. Ona görədə istehlakçı çalışır ki, öyrənsin. Lakin əgər istehlakçı hüquqlarını qoruyan mükəmməl dövləti olarsa, qidanın təhlükəsizliyini qoruyan mükəmməl dövlət qurumu olarsa, əslində istehlakçı gərək gözünə lupa taxıb məhsulun üzərinə baxmasın. İnsan cəngəllikdə özünü qoruyar. Yəni insan qanunlar olan yerdə, dövlət olan yerdə özünü qorumaz. Azad İstehlakçılar Birliyinin istəyidir ki, insanlar malın etiketinə baxmadan gözüyumulu mal ala bilsin. Azad İstehlakçılar Birliyinin sədri olaraq 1997-ci ildə "İstehlakçının Səsi" qəzetində mənim ilk yazım bu olduki, mən onda özümü xoşbəxt hiss edəcəm ki məni Azad İstehlakçılar Birliyinin sədri olaraq heç bir istehlakçı axtarmasın. Yəni hər şey öz qaydasında olsun.

Bütün bu məsələlər insanın uzun ömürlülüyünə, sağlam yaşamasına diqqət yetirən istehlakçı sadəlövhlüyü öz-özünü aldatmaqdan başqa bir şey deyil. Azad İstehlakçılar Birliyinin təzyiqi altında illər boyu həttda dövlət orqanları istehlakçıları maarifləndirmək üçün işlər görüblər. Məsələn bir müddət İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Agentliyi SMS vasitəsi ilə yüz minlərlə istehlakçıya maarifləndirici SMS-lər göndərirdilər. Bu çox yaxşı hal idi. Sonradan bu layihə yığışdırıldı. Biz dəfələrlə təklif etmişik dövlət orqanlarınaki hər bir mağazada bəzi ölkələrdə olduğu kimi istehlakçı guşələri olsun.

Orda qaynar xəttləri, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun olsun, lakin bu dəstəklənməyib. Hazırda da bizim ofisimizdə şikayətlər və təkliflər dəftərini bərpa etməyə çalışdıq və dövlət orqanları bizə dəstək vermədilərki onu biz marketlərə paylayaq ki, istehlakçılar öz fikirlərini yazsınlar. Biznes qurumu nə qədər səmimi olsada və istehlakçıya humanitar yanaşsada, əsas məqsədi pul qazanmaqdır. Əks halda pul qazanmasa müflis olar və mövcud olmaz. Ağıllı biznes qurumu fikirləşməlidir ki, məni istehlakçı mövcud edir. Yəni istehlakçını özünün şəriki hesab etməlidir. Əgər hər hansısa bir dövlət özünü liberal dövlət hesab edirsə, onun istehlakçı şüarı belə olmalıdır: - "İstehlakçı hər zaman haqlıdır". Çox təssüfki hər ölkədə belə deyil".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 942   Tarix: 13 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

16:52 200
.

İlham Əliyev həmkarlarına təbrik məktubu ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, təbrik mətnində deyilir: . "Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbayca

13:19 155
.

Rusiya rəsmisi "Tramp Marşrutu" ilə bağlı Ermənistana dair iddia irəli sürüb

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistanda "Tramp Marşrutu"nun ABŞ tərəfindən idarə olunması ölkədə Amerika özəl hərbi şirkətlərinin (PMC) və kəşfiyyat infrastrukturunun yaradılmasına gətirib çıxara bilər. xəbər verir ki, bu barədə TASS məluma

10:49 184
.

"Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

12:20 168
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

16:28 169
.

Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır

"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə

13:20 168
.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

18:00 121
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

16:26 139
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

10:21 201
.