Müasir uşaqların artan tələbləri: valideynlər çətin seçim qarşısında - PSİXOLOQDAN AÇIQLAMA
Son illərdə texnologiyanın və sosial şəbəkələrin təsiri ilə uşaqların istək və tələbləri əvvəlki nəsillərlə müqayisədə xeyli dəyişib. Artıq bir çox ailədə övladların valideynlərdən ən son model telefonlar - məsələn, iPhone 17 Pro Max - və ya bahalı brend geyimlər tələb etməsi adi hala çevrilib. Bu isə təkcə maddi məsələ deyil, daha dərin psixoloji və sosial səbəblərlə bağlıdır.
Valideynlər çox vaxt övladlarını narazı salmamaq və ya onları cəmiyyətdə geri qalmış hiss etdirməmək üçün bu istəklərə boyun əymək məcburiyyətində qalırlar. Lakin bu tendensiya həm ailə büdcəsinə, həm də uşaqların psixoloji inkişafına ciddi təsir göstərə bilər. Sual yaranır: bu, sadəcə müasir dövrün tələbidirmi, yoxsa gələcəkdə daha böyük problemlərə yol aça biləcək təhlükəli bir vərdişin başlanğıcıdır?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, buna sosial müqayisə deyilir. Özünü başqaları ilə ölçmək. Uşaq ətrafına baxır, bahalı model telefon, geyim o da geri qalmaq istəmir və nəticədə qəbul olunmaq istəyi yaranır. Bu hal yalnız uşaqlar arasında deyil, böyüklər arasında da baş verir. Bahalı şeylər "status" simvoluna çevrildikcə, çevrənin qrupuna aid olmaq ehtiyacı hissi böyüyür. Onun sözlərinə görə, insan daxilən özünü kifayət qədər dəyərli hiss etmirsə, bunu xarici şeylərlə (telefon, geyim) kompensasiya etməyə çalışır: "Valideyn-övlad münasibətlərində uşaqlar maddi şeyləri sevgi ilə qarışdırırlar. Əslində valideyn tərbiyə təməlini elə qoyur ki, uşağa bahalı şey alırsa deməli onu çox istəyir kimi mesaj ötürür və uşaqda da sevgi kodu bu şəkildə formalaşır. Dəyər sistemini yaratmaq üçün təhsildə təhsil proqramı sıfırlanmalı, yenidən dəyər sistemi, yeni beyin kodlaşdırılması qurulmalıdır.
Yaponiyada, Çində, Almaniya kimi ölkələrdə təhsil təsadüfi qurulmayıb, cəmiyyətin dəyərlərini əks etdirir. Bizim cəmiyyətin digər ölkələr ilə psixoloji fərqi beıədir; Asiya ölkələrində (Çin, Yaponiya) təhsil daha çox - "sənin dəyərin sənin nəticəndir" üzərində qurulub. Avropada (Almaniya kimi) isə daha çox - "sənin dəyərin sənin bacarığın və həyat balansındır". Azərbaycanda isə təhsil sistemi var, amma keçmişdən qalma sistemdir. Oturuşmuş və sabit bir dəyər modeli hələ formalaşmayıb. "Yaxşı oxu ki, universitetə düşəsən".
Diplom uğur kimi bilinir. Bəzən bilikdən çox diplomun özü önəmli sayılır. Təhsil sisteminin dəyişməsi yeni beyinlərin kodlaşması, yeni struktur deməkdir. Təhsil yenilənmədikcə kollektiv şüur həmişə köhnə düşüncəli qalacaq. Azərbaycan cəmiyyətinin şüur səviyyəsi 150 ildir dəyişməz olaraq davam edir. Bu inkişaf deyil. Cəmiyyətin ümumi düşüncə forması əsasən təhsil, mədəniyyət və tərbiyə ilə formalaşır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1351 Tarix: 09 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMoldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
18:00 141 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
19:20 190 Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib
Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər. "Report" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb. "İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyad
17:40 145 3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür
"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs
15:14 202 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək
18:40 160 Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
11:51 348 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
20:45 153 İlham Əliyev həmkarlarına təbrik məktubu ünvanladı
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, təbrik mətnində deyilir: . "Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbayca
13:19 165 Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"
"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq
19:30 157