İtaliyada enerji və nəqliyyat xərclərinin kəskin artımı gözlənilir
İtaliya Yaxın Şərqdə davam edən böhran fonunda qiymət artımının yeni mərhələsi ilə üzləşə bilər. Artımın əsasən enerji və nəqliyyat sahələrində hiss olunacağı bildirilir.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, əlverişsiz ssenari baş verərsə, elektrik enerjisi xərcləri 13 faizdən çox, qaz xərcləri isə 43 faizə qədər arta bilər. Artıq biznes sektorunda ciddi artım müşahidə olunur. 2019-cu illə müqayisədə elektrik xərcləri 29 faiz, qaz xərcləri isə 70 faizdən çox yüksəlib.
Xüsusilə xidmət sahəsində fəaliyyət göstərən müəssisələr daha çox zərər görür. Otellər üçün aylıq əlavə xərclər elektrik üzrə 900 avroya, qaz üzrə isə 1000 avroya çata bilər. Bar, restoran və mağazalarda da xərclərin yüzlərlə avro artacağı gözlənilir.
Qiymət artımı əsasən Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazı ətrafında mümkün təchizat problemləri ilə əlaqələndirilir. Analitiklərin hesablamasına görə, təxminən 27,7 milyon italyan ailəsi ildə orta hesabla 350 avroya qədər əlavə xərclə üzləşə bilər. Artıq bazarlarda meyvə-tərəvəz qiymətləri 30 faiz bahalaşıb və bu artımın 50 faizi keçə biləcəyi qeyd olunur.
Ölkə iqtisadiyyatına ümumi təsirin 9,3 milyard avro olacağı proqnozlaşdırılır. Ən böyük yükün Roma, Milan və Neapol kimi iri şəhərlərə düşəcəyi bildirilir.
Eyni zamanda yanacaq qiymətləri də sürətlə artır. Neftin qiyməti təxminən 46 faiz, qazın qiyməti isə 60 faizdən çox bahalaşıb. Bu isə benzin və dizelin qiymətinə birbaşa təsir edir.
Nəqliyyat sahəsində də ciddi artım gözlənilir. Pasxa bayramı ərəfəsində ölkədaxili aviabiletlərin qiyməti rekord həddə, 400 avroya qədər yüksəlib. Dəmir yolu ilə səyahət də ucuz deyil: ölkənin cənub istiqamətinə bir istiqamətli biletlər 140-185 avro arasında dəyişir.
Ekspertlər qiymət artımını həm bayram ərəfəsində tələbatın artması, həm də beynəlxalq vəziyyət fonunda yanacağın bahalaşması ilə izah edir. Qeyd olunur ki, gərginlik davam edərsə, yaxın aylarda qiymət artımı daha da dərinləşə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 679 Tarix: 19 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"
Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın
03.10.2026 170 Moldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
03.10.2026 161 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
03.10.2026 206 Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
00:11 194 Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb
Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind
03.10.2026 182 ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
00:07 173 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
11:00 52 Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d
03.10.2026 149 GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
00:25 197