GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişiklikləri fonunda büdcə siyasətinin vətəndaşların real gəlirlərinə necə təsir edəcəyi də maraq doğurur. Qarşıdakı ildə dövlət xərclərində hansı sahələrə üstünlük veriləcəyi və bunun əhalinin gündəlik həyatında hansı dəyişikliklər yaradacağı müzakirə olunur.

2027-ci ilin dövlət büdcəsində sosial xərclərin və əhalinin gəlirlərinin artırılması üçün hansı imkanlar nəzərdə tutula bilər? Büdcə xərclərində hansı istiqamətlərə üstünlük verilməsi vətəndaşların sosial-iqtisadi vəziyyətinə daha çox təsir göstərə bilər?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, 2027-ci ilin dövlət büdcəsinin ilkin parametrləri Maliyyə Nazirliyi tərəfindən təqdim olunub və hökumətdə müzakirələr başa çatmaq üzrədir.

Onun sözlərinə görə, büdcə layihəsinin oktyabrın ikinci yarısında Milli Məclisə təqdim olunması gözlənilir. Bu isə büdcə müzakirələrinin parlamentdə başlaması deməkdir: "2027-ci ilin dövlət büdcəsinin həm gəlir, həm də xərclərində artım nəzərdə tutulur. Belə ki, dövlət büdcəsi xərclərinin 42,4 milyard manat olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə təxminən 800 milyon manat çoxdur. Eyni zamanda, büdcə gəlirlərinin 39 milyard manata yaxın olacaq. Gəlirlərlə bağlı əsas məqamlardan biri qeyri-neft sektorunun payının 60 faizdən çox olmasıdır. Belə ki, gəlirlərin təxminən 61 faizinin qeyri-neft sektorunun hesabına formalaşacağı gözlənilir".

Deputat qeyd edib ki, sosial istiqamətə ayrılan vəsaitlərin həcmində də artım nəzərdə tutulur: "Növbəti il sosial xərclərə təxminən 17 milyard manatdan çox vəsait ayrılması gözlənilir ki, bu da büdcə xərclərinin 42 faizindən çoxunu təşkil edəcək.

Gələn ilin əvvəlindən əmək pensiyası alan vətəndaşların pensiyaları indeksləşdirilərək artırılacaq. Bu artımın bütün əmək pensiyası alan vətəndaşlara şamil olunacağı gözlənilir. İndeksləşdirmənin diferensial qaydada tətbiqi də nəzərdə tutulur. Belə ki, nisbətən aşağı pensiya alan vətəndaşların pensiyalarında daha yüksək artımın olması gözlənilir".

V.Bayramov minimum əməkhaqqının artırılması ehtimalına da diqqət çəkib: "Əmək Məcəlləsinə edilmiş dəyişikliklər 2026-cı ilin fevralında təsdiqlənib və həmin dəyişikliklərə əsasən, minimum əməkhaqqının ildə bir dəfə artırılması nəzərdə tutulub. Pensiyaların və potensial əməkhaqqı artımlarının maliyyələşdirilməsi də dövlətin sosial xərcləri çərçivəsində həyata keçiriləcək. Bu baxımdan, növbəti il bütövlükdə dövlət büdcəsi sosial yönümlülüyünü qoruyub saxlayacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 452   Tarix: 04 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

12:18 343
.

Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi

"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini

12:46 217
.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

17:35 354
.

"Survivor 2027"nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Axşam.az xəbər verir ki, layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçılar onların komandalarında mübarizə aparacaqlar. Qalib

21:15 154
.

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində

17:41 274
.

Kəlağayı milli-mənəvi dəyərlərimizin yaşadılmasının gözəl nümunəsidir

"Azərbaycan xanımının kəlağayıdan istifadə etməsi milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə ehtiramın gözəl ifadəsidir. Xüsusilə, hicab örtməyən xanımlarımızın da kəlağayıya maraq göstərməsi, onu müasir geyim mədəniyyətimizin bir hissəsinə çevirməsi milli ənənələrimizi

12:56 217
.

Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?

"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə

12:27 244
.

"Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam

"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl

17:31 259
.

"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki

15:10 191
.