ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir.
"Yeni Sabah"ın araşdırmasına əsasən, aşağıdakı kateqoriyalara aid şəxslər daha tez pensiya almaq imkanına sahibdir:
Ağır və zərərli iş şəraitində çalışanlar pizza sifarişi
Yeraltı mədənlərdə, xüsusilə zərərli və ağır əmək şəraitində çalışan şəxslər müəyyən edilmiş sığorta stajına malik olduqda pensiya yaşına daha tez çatırlar. Mülki aviasiyanın uçuş heyətində çalışanlar, dənizçilər, liman işçiləri və peşəkar incəsənət xadimləri də qanunvericiliklə müəyyən edilmiş xüsusi iş stajını topladıqda vaxtından əvvəl pensiyaya çıxmaq hüququ əldə edirlər. Hərbi qulluqçular, hüquq-mühafizə və xüsusi rütbəli orqan əməkdaşları isə tələb olunan xidmət illərini tamamladıqda yaş həddindən asılı olmayaraq pensiyaya ayrıla bilirlər.
Çoxuşaqlı və xüsusi qayğıya ehtiyacı olan ailələr
Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş anaların pensiya yaşı hər uşağa görə bir il azaldılmaqla aşağı salınır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş analar, ana vəfat etdikdə və ya valideynlik hüququndan məhrum edildikdə isə atalar beş il əvvəl təqaüdə çıxmaq hüququ qazanırlar. Uşaqlarını təkbaşına boya-başa çatdıran atalar və qanuni qəyyumlar üçün də oxşar güzəştli şərtlər nəzərdə tutulur.
Sağlamlıq məhdudiyyəti olan şəxslər
Birinci qrup göz əlilliyi olan şəxslər, yəni anadangəlmə və ya xəstəlikdən görmə qabiliyyətini tamitirənlər güzəştli şərtlərlə pensiyaya ayrılanlar sırasındadır. Hipofizar mənşəli cırtdanboyluq xəstəliyi olan şəxslər üçün də qanunla daha aşağı yaş həddi müəyyən edilmişdir. Bununla yanaşı, Çernobıl AES qəzasının ləğvində iştirak etmiş və nəticədə əlillik dərəcəsi almış şəxslərə də yaş həddində xüsusi güzəştlər tətbiq olunur.
Şəhid valideynləri
Şəhid statusu almış şəxslərin anaları və ataları üçün də qanunvericilikdə xüsusi güzəştlər nəzərdə tutulub. Bu kateqoriyaya aid edilən valideynlər müəyyən olunmuş ümumi pensiya yaş həddindən beş il əvvəl təqaüdə çıxmaq hüququna sahibdirlər.
Pensiya hüququ qazanmaq üçün tələb olunan şərtlər
Erkən pensiyaya çıxmaq hüququndan yararlanmaq üçün yalnız yaş güzəştinə malik olmaq kifayət etmir. Şəxsin müvafiq fəaliyyət üzrə tələb olunan minimum sığorta stajına və ya fərdi hesabında kifayət qədər pensiya kapitalına malik olması mütləq şərt hesab olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 342 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək
"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda
09.10.2026 300 Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?
Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ
09.10.2026 268 Şagirdlər və müəllimlər üçün vahid geyim standartları: Məqsəd və gözləntilər
"Məktəblilərin vahid məktəb formasına, müəllimlərin isə vahid geyim standartlarına keçidi təhsil sistemində müzakirə olunmağa layiq məsələlərdən biridir. Bu mövzu ilk baxışdan yalnız geyim qaydaları ilə bağlı görünsə də, əslində, məktəb mühitinin formalaşdırılması, sosial bərabərliyin qorunması
09.10.2026 232 Məktəbli geyimində vahidlik və nizam-intizam
Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli
09.10.2026 353 Ayaqqabıları evdə qapı qarşısında saxlayırsınız? Səbəbi təkcə səliqəsizlik deyil
Ayaqqabıları evə girən kimi şkafa yığmamaq həmişə səliqəsizlik demək deyil. Bu vərdiş gündəlik həyat tərzi, evdə yaşayanların sayı və rahatlığa verilən üstünlüklə bağlı ola bilər. xarici mediaya istinadən ayaqqabıları qapının yanında saxlamağın səbəblərini təqdim edir. Qeyd olunur ki, bəzi insanlar ayaqqabıların
09.10.2026 546 630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!
Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis
09.10.2026 381 Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin
15:06 0 Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. xarici mediay
09.10.2026 293 Məhəmməd Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Oktyabrın 10-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbayca
14:21 101