ABŞ-ın İrana Zərbəsi: Region Yeni Qarşıdurma Astanasında - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ-ın İrana Zərbəsi: Region Yeni Qarşıdurma Astanasında - POLİTOLOQDAN AÇIQLAMAABŞ-ın İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyat regionda onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirib. Rəsmi məlumatlara görə, zərbələr strateji obyektləri hədəf alıb və əməliyyatın məqsədi İranın hərbi potensialını zəiflətmək kimi təqdim olunub. Hadisə qısa müddətdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib və Yaxın Şərqdə mümkün genişmiqyaslı qarşıdurma ehtimalları barədə müzakirələri artırıb. Vaşinqton əməliyyatı təhlükəsizlik maraqları ilə əsaslandırsa da, Tehran bunu suverenliyinə açıq təcavüz kimi qiymətləndirib. Bu addım təkcə iki ölkə arasındakı münasibətlərə deyil, həm də enerji bazarlarına və regional təhlükəsizlik balansına ciddi təsir göstərə biləcək hadisə kimi dəyərləndirilir. Baş verənlərin detalları, hədəf alınan obyektlər, mümkün itkilər və beynəlxalq reaksiyalar hazırda əsas müzakirə mövzusudur. ABŞ-İran qarşıdurmasının növbəti mərhələsinin necə inkişaf edəcəyi isə dünya gündəminin əsas suallarından biri olaraq qalır.
ABŞ-ın İrana Zərbəsi: Region Yeni Qarşıdurma Astanasında - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Turan Rzayev BiG.AZ-a açıqlamasında bildirdi ki, ilk öncə onu qeyd etmək lazımdır ki, ABŞ və İsrailin İrana qarşı atdığı addım əslində beynəlxalq hüququn pozulmasıdır. Onun sözlərinə görə, bu qərar adətən Amerikada parlament səviyyəsində verilir, amma Senatında bu məsələ ilə bağlı heç bir məlumatı olmayıb: "Mən bu əməliyyat nəticəsində İranın ali rəhbərinin öldürüldüyünü düşünmürəm. Yəni o onsuzda xəstə idi, 80 yaşını keçmiş bir adamdan bəhs edirik. Onun xərçəng xəstəsi olduğuna dair iddialar var idi. Yəni onun əslində təbii yollarla öldüyünü, sadəcə hücum zamanı öldürüldüyünə dair iddialar var. Daha doğrusu bu cür təqdim edilib. Mən sadəcə bunun bir təqdimat olduğunu düşünürəm. İran ali rəhbərinin təbii olaraq ölümünün nə rejimə, nədə mövcud bir vəziyyətdə İrana bir faydası olmazdı.

Amma indiki məqamda onun təbliğatı gedir. Qasim Süleymaninin ölümü zamanı gedən proseslərin indidə Xomneyi ətrafında getdiyini görürük və İran bir növ bundan istifadə edərək, legitimlik qazanır, bir neçə ölkəyə zərbələr endirir. Yəni bundan sadəcə bəhanə kimi istifadə edirlər. Əslində dediyim kimi İran ali rəhbərinin daha öncə vəfat etdiyini deyə bilərik. Həttda yayılan foto və video görüntülərin bir çoxununda süni intellekt məhsulu olduğu görünməkdədir. Amma digər tərəfdən müharibə daha dağıdıcıdır. İranda bu məsələdə geri çəkilmir. Faktiki olaraq Bəhreyn, Küveyt, Qətər, BƏƏ kimi ölkələrə bir-bir zərbələr endirir.

Eyni zamanda İsrailə zərbələr endirir. İsrail tərəfdəndə eyni qaydada İrana zərbələr endirilir. Yəni proses getdikcə dahada qəlizləşməkdədir. Yəqinki Amerika tərəfi bu cür reaksiyaların gələcəyini hesablamışdı. Burda yəqinki müəyyən maraqlar var, tam təmiin edilməyib. Böyük ehtimalla mümkündür ki, İranın bu zərbələri davam etsə, İranın indiki məqamda əsas hədəfi Netanyahudur. Yəni Netanyahunuda sıradan çıxarmağı istəyə bilərlər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 633   Tarix: 04 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

18:36 192
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

16:40 157
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 231
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

19:40 127
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

15:20 154
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir

19:01 160
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 277
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

21:15 86
.

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib

10:45 158
.