Futbolun yeni oyun qaydaları təsdiqlənib
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolun oyun qaydalarında bir sıra dəyişiklikləri təsdiqləyib.
BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, yeniliklər oyunun tempini artırmaq və vaxt itkisini minimuma endirmək məqsədi daşıyır. Dəyişikliklər 2026-cı il dünya çempionatı da daxil olmaqla bütün rəsmi turnirlərdə tətbiq olunacaq.
Yeni qaydalara əsasən, aut və qapı zərbələri üçün 5 saniyəlik geri sayım tətbiq ediləcək. Müddət aşılarsa, aut atışı rəqib komandaya veriləcək, gecikdirilən qapı zərbəsi isə künc zərbəsi ilə nəticələnəcək.
Oyunçu dəyişiklikləri ilə bağlı da yenilik var. Dəyişdirilən futbolçu meydanı 10 saniyə ərzində tərk etməlidir. Əks halda, meydana daxil olan oyunçu 1 dəqiqə gözləməli olacaq.
Zədə alan futbolçuya tibbi yardım göstərildikdən sonra o, ən azı 1 dəqiqə meydandan kənarda qalacaq. Bu müddət oyunun axar vaxtı ilə hesablanacaq.
VAR sisteminin tətbiq dairəsi genişləndirilib. Bundan sonra səhv verilmiş ikinci sarı vərəqə nəticəsində göstərilən qırmızı vərəqə, yanlış futbolçuya verilən kart və açıq-aşkar səhv təyin edilmiş künc zərbələri də videoköməkçi hakim tərəfindən nəzərdən keçirilə biləcək.
Bundan başqa, qapıçıların vaxt uzatmağa yönəlmiş taktiki zədələnmələri ilə bağlı sınaq mexanizmi tətbiq olunacaq.
2026/2027 mövsümündən qüvvəyə minəcək əlavə dəyişikliklərə əsasən, yoxlama oyunlarında 8 (razılaşma ilə 11-ə qədər) oyunçu dəyişikliyinə icazə veriləcək, təhlükəsiz şəkildə örtülmüş avadanlıqlardan istifadəyə şərait yaradılacaq, təşkilatçı qurumların istəyi ilə hakimlər üçün bədən kamerasının tətbiqi mümkün olacaq.
Həmçinin hava atışı zamanı topun əvvəlki mövqeyini itirməyən komandaya verilməsi dəqiqləşdirilib, penalti zərbəsi zamanı "ikiqat toxunuş"la bağlı müddəa qaydalara əlavə edilib. Əgər üstünlük tətbiq edildikdən sonra qol vurularsa, açıq qol imkanını pozan oyunçuya əlavə intizam cəzası verilməyəcək. Yarı avtomatik ofsayd texnologiyası və ofsaydla bağlı sınaqların davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, dəyişikliklər IFAB-ın rəsmi qərarı əsasında qəbul olunub.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 964 Tarix: 01 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO
"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin
23.08.2021 2064 Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək
İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"
05.09.2021 1542 Azərbaycan 11-ci qızıl medalını QAZANDI
Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz
01.09.2021 933 Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"
"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın
04.09.2021 533 İbrahimoviçin qayıdacağı vaxt bilindi
"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib
23.08.2021 954 Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub
Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202
28.08.2021 476 "Formula 1" pilotu koronavirusa yoluxub
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək
05.09.2021 551 Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib
Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il
05.09.2021 730 "Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq
Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr
02.09.2021 898