"Neftçi" - "Qarabağ" matçı təxirə salınır
Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" matçının təxirə salınması ilə bağlı məsələ yenidən gündəmə gəlib.
Teleqraf-ın əldə etdiyi özəl məlumata görə, bu dəfə qarşılaşmanın təxirə salınma ehtimalı olduqca yüksəkdir.
Oyunun təxirə salınma təklifi ilə əvvəldən razılaşmayan "Neftçi" tərəfi artıq məlumatlandırılıb. Matçın təxirə salınması ilə bağlı məlumatın Peşəkar Futbol Liqası tərəfindən tezliklə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün "Neftçi" ilə matçın təxirə salınması istəmiş, bununla bağlı PFL-ə müraciət etmişdi.
PFL isə öz növbəsində razılıq üçün "Neftçi"yə müraciət etsə də, bakılılar Ağdam təmsilçisinin təklifi ilə razılaşmamışdı. Sözügedən məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 675 Tarix: 06 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTransferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc
07.09.2021 975 Pele əməliyyat olundu
Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin
06.09.2021 1378 Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün
29.08.2021 834 "Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq
Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr
02.09.2021 898 "Yuventus"un gənc futbolçusu öldü
İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini
05.09.2021 972 UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO
UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub
06.09.2021 593 Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub
İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu
29.08.2021 1121 Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO
Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində
13.09.2021 1755 Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı
Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda
29.08.2021 1349