Kişilərdə ürək xəstəlikləri riski 35 yaşdan etibarən artmağa başlayır

Kişilərdə ürək xəstəlikləri riski 35 yaşdan etibarən artmağa başlayırKişilərdə ürək-damar xəstəlikləri riski artıq ömrün üçüncü onilliyinin ortalarından etibarən nəzərəçarpacaq dərəcədə artmağa başlayır ki, bu da qadınlarla müqayisədə təxminən yeddi il daha tezdir.

"Report"un məlumatına görə, İllinoys ştatının Şimal-Qərb Universitetinin alimləri 1980-ci illərin ortalarından bəri toplanan 5 100-dən çox yetkin şəxsə aid məlumatların təhlili nəticəsində bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Journal of The American Heart Association" nəşrində dərc olunub.

Məlum olub ki, kişilər orta hesabla 50,5 yaşında ürək-damar xəstəliklərinin inkişafı üçün 5 %-lik risk həddinə çatırlar, qadınlarda isə bu göstərici yalnız 57,5 yaşda müşahidə olunur.

Bu fərqin əsas səbəbi işemik ürək xəstəliyidir. 35 yaşınadək hər iki cins üçün risk səviyyəsi oxşar olsa da, bu yaşdan sonra kişilərdə risk daha sürətlə artmağa başlayır. Bununla belə, siqaret çəkmə, yüksək təzyiq və ya diabet kimi ənənəvi risk faktorları bu fərqi tam izah edə bilmir.

"Təəccüblü görünə bilər, amma ürək xəstəliyi onilliklər ərzində inkişaf edir və onun ilkin əlamətlərini gənc yaşlarda aşkar etmək mümkündür", - deyə tədqiqatın baş müəllifi Aleksa Fridman qeyd edib.

Müəlliflər vurğulayıblar ki, bir çox skrininq və profilaktika proqramları 40 yaşdan yuxarı insanlara yönəlib, bu isə kişilər üçün mühüm "fürsət pəncərəsi"nin qaçırılmasına səbəb ola bilər. Onlar riskin qiymətləndirilməsi üçün Amerika Kardiologiya Assosiasiyasının PREVENT düsturları kimi alətlərin artıq 30 yaşdan tətbiq edilməsini təklif edirlər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 758   Tarix: 01 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 508
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 817
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26.10.2026 1091
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1087
.

Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm

31.10.2026 821
.

Yuxu iflici zamanı beyində nələr baş verir?

"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zaman

14.11.2026 467
.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

06.11.2026 736
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 966
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 1073
.