"Həkimim analizlərimə baxıb təcili Türkiyəyə gəlməyimi istədi"
Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadəni səhhətindəki problemlərə görə bir neçə gün efirədə həmkarı Mətanət Əliverdiyeva əvəzləyib.
Axşam.az-ın məlumatına görə, Vüsalə bu gündən etibarən yenidən "İncə səhər" verilişindəki işinə qayıdıb. Aparıcı illər əvvəl keçirdiyi böyrək transplantasiyası səbəbindən yoluxduğu virusun yarada biləcəyi fəsadlara görə təcili Türkiyəyə getməli olduğunu vurğulayıb:
"İllərdir bunu gizlətməmişəm, hər kəs bilir ki, böyrək köçürülmüş biriyəm. Buna görə də insan həyatı daha çox təhlükə altındadır. Minlərlə belə insan var. Biz də hər kəs kimi həyatımıza davam edirik. Sadəcə sağlamlığımız daha çox qorunmalıdır. Adi qrip olsa belə, mütləq analizlər aparılmalıdır. Çünki qrip birbaşa böyrəyə fəsad verir. Bu orqan vasitəsilə süzülüb çıxır.
Böyrək köçürülmüş biri kimi artıq 25 ildir dərman qəbul edirəm. Bu da immuniteti aşağı salır. Qəbul etdiyim antibiotik və dərmanlardan sonra kreatinin səviyyəsi qalxdı. Qan analizlərimi Türkiyədəki həkimimə göndərdim, o da məni dərhal yanına çağırdı. Düşündüm ki, çəkilişləri edib gedərəm, amma həkimim dedi ki, təcili gəlməlisən".
Aparıcı efirə çıxmadığı halda 2 gün əvvəl iştirak etdiyi məclisdən yayılan görüntülərinə yazılan tənqidlərə isə belə reaksiya verib:
"Bunların hamısını paylaşacağam. Deyirlər ki, "xəstə deyildi?". Məgər ömür boyu xəstə qalmalı idim? Mən də sizin kimi xəstələnib bir həftə sonra işimə dönə bilərəm. Sadəcə xəstəliyimə görə bu dövr mənim üçün daha ağır keçir.
Ürək bulandırmaq, kiminsə həssas yerinə toxunmaq insanlıqdan xəbəri olmayanların işidir. Bizim də onlarla işimiz yoxdur. Hər kəsin əməl kitabı öz əlindədir, istəyən sağ, istəyən sol əlində tutar. Allah hər kəsə ürəyinə görə versin".
Qeyd edək ki, Vüsalə uzun illər böyrək çatışmazlığından əziyyət çəkib. Anası ona bir böyrəyini verib. Aparıcının Dilək adlı bir qızı var.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBritni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm
01.11.2026 359 Gülüstan Əliyeva 8 illik fasilədən sonra qayıdır
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonr
24.10.2026 541 "Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun
25.10.2026 553 "Dərddən şəkərim qalxdı"
Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:. "Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə
31.10.2026 382 "Ancelina Coli geni" və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir
Məşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq "Ancelina Coli geni" adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir. xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və "100 00+Mən" Mill
24.10.2026 570 Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31.10.2026 646 Dilarə Əliyevaya VƏZİFƏ VERİLDİ
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. BİG.AZ "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq
24.10.2026 931 Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:
23.10.2026 856 Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."
Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb
03.11.2026 497