İnsanlar ən çox hansı fəsildə aşiq olurlar? - Mütəxəssislər açıqladı
Sevginin mövsümü olmadığı barədə geniş yayılmış fikrə baxmayaraq, araşdırmalar göstərir ki, bəzi fəsillər münasibətlərin başlanması üçün digərlərinə nisbətən daha əlverişlidir.
HİT.az xəbər verir ki, "Your Tango" nəşrinin yazdığına görə, gün işığının müddətində, hava şəraitində və gündəlik həyat ritmində baş verən dəyişikliklər insanların emosional durumuna və yaxınlığa hazır olma səviyyəsinə birbaşa təsir edir. Mütəxəssislərin sözlərinə görə, bu amillər yeni romantik münasibətlər üçün ya əlverişli, ya da çətin şərait yaradır.
Qış
İsti qucaqlamalar və soyuq axşamların romantikasına baxmayaraq, qış yeni tanışlıqlar üçün ən asan dövr hesab edilmir. Klinik psixoloq Syuzan Devis bildirir ki, qış aylarında insanlar daha çox öz "yuvalarına" çəkilməyə, isinməyə və xarici aləmdən qorunduqlarını hiss etməyə meyilli olurlar.
Bundan əlavə, "National Institute of Health"ın məlumatlarına əsasən, qısa işıqlı günlər əhval-ruhiyyə dəyişiklikləri və "qış depressiyası" ilə əlaqələndirilir. Bu cür şəraitdə yeni sevgi tapmaq xeyli çətinləşir.
Yaz
Ağır qış aylarından sonra yaz yenilənmə hissi gətirir. Lakin bu fəsil çox vaxt münasibətlərin yenidən dəyərləndirildiyi dövr olur. Ailə terapevti Ceyn Qrir qeyd edir ki, qışda insanlar mövcud münasibətlərə daha çox bağlı qalırlar, çünki bu dövrdə yeni bir şeyə başlamaq həm fiziki, həm də emosional baxımdan çətin görünür. Yazda isə əhval-ruhiyyə və özünə inam artdıqca dəyişikliklər qaçılmaz ola bilər.
Yay
Yay səyahətlərin, məclislərin, macəraların və yeni tanışlıqların mövsümüdür. İlk baxışdan romantika üçün ideal vaxt təsiri bağışlasa da, yay münasibətləri çox vaxt qısamüddətli olur. Antropoloq Helen Fiçer bunu insanların daim hərəkətdə olması ilə izah edir, çünki bu şəraitdə sabit münasibət qurmaq çətinləşir.
Bununla belə, yayın müsbət cəhətləri də var. Miçiqan Universitetinin mütəxəssisi Maykl F. Holik bildirir ki, günəş işığı melatonin səviyyəsini azaldır və insanları yeni ideya və təcrübələrə daha açıq edir. Bu səbəbdən yayda tanış olmaq və yeni şeylər sınamaq daha asan olur.
Payız
Payız ən "ciddi" fəsil hesab olunur. Yayın xaosundan sonra həyat yenidən nizamlı ritminə qayıdır və tədqiqatçılara görə, bu da sevgi üçün ideal şərait yaradır.
2012-ci ildə "Facebook Data Science" tərəfindən yayımlanan araşdırma açıq mövsümi tendensiyanı üzə çıxarıb: istifadəçilər ən çox payız aylarında statuslarını "Münasibətdədir" və ya "Nişanlıdır" kimi dəyişiblər.
Bunun səbəbi isə soyuq günlər və bayramlar yaxınlaşdıqca insanların şüuraltı şəkildə qışı və bayram dövrünü bölüşə biləcəkləri birinin yanında olma istəyi ilə əlaqələndirilir. Hətta payızda görüşlər daha romantik olur. Honq Konq Elm və Texnologiya Universitetinin araşdırması da göstərib ki, soyuq havalarda insanlar romantik filmlərə daha çox üstünlük verirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 959 Tarix: 27 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngəzurdan Palandökənə
Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın
13:02 226 Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı
12:39 245 "Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"
"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca
12:35 163 "Müəllimlərin işi azalmayıb, əksinə artıb"
"Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətl
12:30 154 Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı
"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden
16:42 113 "Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"
"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib
12:16 156 Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı
Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv
14:05 184 Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?
Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib. Mövzu iə bağlı BİG.AZ-a açıqlama verən politoloq Tura
13:07 220 İbrahim Borçalının evində toy olacaq
Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub
15:42 205