"Anasını işdən gətirib hadisəni törədib" - Video

"Anasını işdən gətirib hadisəni törədib" - VideoSabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş dəhşətli qətlin təfərrüatları məlum olub.

"Qafqazinfo" xəbər verir ki, yanvarın 24-də 1981-ci il təvəllüdlü Emil Ağayev anası, 1959-cu il təvəllüdlü Həyat Ağayevanı bıçaqlayaraq amansızlıqla qətlə yetirib.

Bildirilib ki, E.Ağayev cinayət günü həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında öz evinə qayıdan şəxs anasının iş yerinə taksi göndərərək onun evə gəlməsini xahiş edib. H. Ağayeva evə gəldikdə isə oğlu tərəfindən bıçaqlanaraq, qətlə yetirilib.

Qonşuların sözlərinə görə, Ağayevlər ailəsi məhəllədə zəhmətkeş və sakit insanlar kimi tanınıblar:

"Elə bir ailə idilər ki, bu işə heç kim inana bilmir. Çox gözəl ailə idilər. Anası namuslu qadın olub. Emil isə namaz əhli idi. Heç kimin onlardan məhəllədə narazılığı olmayıb. Deyəsən, oğlan oboy evində işləyirdi, anası da toyuq fermasında. Zəhmətkeş qadın idi. Oğlundan savayı, qızı da var idi".

"Özümüz də şokdayıq necə olub belə bir hadisə olub? Can deyib, can eşidirdilər. Gedib anasını işdən gətirib, sonra hadisəni törədib" , - başqa bir qonşu bildirib.

Qonşulardan bəziləri Emilin namaz əhli olduğunu bildirsə də, digərləri onun narkotik vasitə istifadəçisi olması barədə iddialar səsləndiriblər:

"Eşitmişik ki, belə şeylər edir. O yandan bu yana 12 ev var, hamısı eyni sözü demir ki..."

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emil Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1328   Tarix: 26 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəblərdə baş örtüyü ilə bağlı müzakirə: "Vahid qayda hamıya eyni tətbiq olunmalıdır"

"Məktəblərdə baş örtüyü məsələsinə ilk növbədə dövlətçilik və qanunun aliliyi prinsipləri baxımından yanaşmaq lazımdır. Azərbaycan dünyəvi dövlətdir və dövlət məktəbləri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabər təhsil mühiti yaratmalıdır". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəms

12:53 234
.

Zelenski: "Vurulan Türkiyə gəmisində azərbaycanlılar da olub"

"Rusiya tərəfinə məxsus iki pilotsuz uçuş aparatı neytral sularda Türkiyənin taxıl daşıyan mülki gəmisinə zərbə endirib. Məlumata görə, gəminin göyərtəsində Azərbaycan və Hindistan vətəndaşları olublar. Hazırkı məlumatlara əsasən, hücum nəticəsində gəmi kapitanı həyatını itirib. Daha bir nəfəri

17:48 181
.

"Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild

18:15 170
.

"Altın Çocuk" vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse

20:45 94
.

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his

13:46 276
.

Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI

Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları

20:00 143
.

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri

18:45 167
.

"Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir

Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind

11:44 168
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

17:37 219
.