Niyə dekabr hər il bu qədər tez gəlir: Elmi izahı

Niyə dekabr hər il bu qədər tez gəlir: Elmi izahıMəlum olur ki, beynimiz ilin uzunluğunu günlərin sayına görə deyil, topladığımız unikal xatirələrin sıxlığına görə qiymətləndirir.

Bir çox insan 2025-ci ilin sanki bir göz qırpımında keçdiyinə təəccüblənir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlər müəyyən ediblər ki, beynin daxili "saatı" yoxdur və zamanın axınını yalnız yaşanan hadisələrin və emosiyaların sayı əsasında qiymətləndirir. Psixoloqlar gündəlik rutin günlərin niyə sonsuz, illərin isə niyə çox qısa hiss olunduğunu izah ediblər.

Zaman niyə sürətli keçir kimi hiss olunur?

Mütəxəssislər bildirirlər ki, "zamanın qavranılması" anlayışı əslində şərtidir. Çünki zaman fiziki obyekt deyil və onu birbaşa hiss etmək mümkün deyil. Biz gördüyümüz, eşitdiyimiz və ya toxunduğumuz zaman ətraf mühitdən gələn konkret siqnallara reaksiya veririk. Zaman üçün isə belə siqnal mövcud deyil - beynin qeydə ala biləcəyi heç bir "zaman hissəciyi" yoxdur.

Bu səbəbdən beyin zamanı birbaşa ölçmür, onu dolayı yolla qiymətləndirir. O, saat kimi bərabər "tık"larla işləmək əvəzinə, dəyişiklikləri, hadisələrin sayını və emosional intensivliyini analiz edir.

Hadisələrlə dolu zaman daha uzun görünür

Araşdırmalar göstərir ki, emosiyalar və aktivliklə zəngin dövrlər daha uzun hiss olunur. Məsələn, eksperimentlər zamanı qısa müddətli, amma hərəkətli görüntülər eyni müddətli statik şəkillərlə müqayisədə daha uzun qavranılır.

Bu səbəbdən ekstremal vəziyyətlərdə - yol qəzaları kimi hallarda - insanlar zamanın sanki yavaşladığını hiss edirlər. Belə anlarda diqqət kəskin şəkildə artır, beyin çox detallı xatirələr formalaşdırır. Sonradan bu xatirələr analiz edilərkən, real vaxtdan daha uzun bir müddət keçdiyi təəssüratı yaranır.

Zaman həqiqətənmi "uçur?"

Alimlər zaman qavrayışının iki növünü ayırırlar: retrospektiv və perspektiv. Retrospektiv qavrayış keçmişə baxaraq zamanın nə qədər davam etdiyini dəyərləndirməyə aiddir. Perspektiv qavrayış isə zamanın hazırda nə qədər sürətlə keçdiyini hiss etməyimizlə bağlıdır.

Məsələn, növbədə gözləmək və ya həkim qəbulunda oturmaq çox uzun çəkirmiş kimi görünür. Amma sevdiyimiz işlə məşğul olduqda vaxtın necə keçdiyini hiss etmirik. Bunun səbəbi diqqətin nəyə yönəlməsidir. Zamana fokuslandıqca o, daha yavaş hiss olunur. Diqqət yayındıqda isə zaman "sürətlənir".

Rutinin illəri "udmasının" səbəbi

Psixoloqların fikrincə, "günlər uzun, illər qısa keçir" ifadəsinin kökündə məhz bu fərq dayanır. Uşaqlıq və gənclik dövrü yeniliklərlə zəngin olur: ilk təcrübələr, mühüm hadisələr, emosional dəyişikliklər çoxdur. Bu dövr yaddaşda zəngin iz buraxdığı üçün uzun görünür.

Yaş artdıqca gündəlik həyat avtomatikləşir, təkrarlar çoxalır. Günlər darıxdırıcı və yavaş keçirmiş kimi hiss olunsa da, bu monotonluq yaddaşda az iz buraxır. Nəticədə il sona çatanda beyin çox sayda parlaq xatirə "tapmır" və həmin il qısa görünür.

Zaman hissini necə yavaşlatmaq olar?

Mütəxəssislər bildirirlər ki, zamanı real vaxtda yavaşlatmaq mümkündür, amma bu xoş deyil, darıxmaq, gözləmək və monotonluq kifayətdir. Lakin zamanın xatirələrdə qısa görünməməsi üçün iki effektiv yol var.

Birinci yol yaşananları yadda saxlamaqdır: gündəlik yazmaq, şəkillərə baxmaq, keçmiş hadisələri xatırlamaq. İkinci və daha xoş yol isə həyatı yeni təcrübələrlə zənginləşdirməkdir. Səyahətlər, kəşflər, fərqli qərarlar və yeni təcrübələr yaddaşda parlaq izlər buraxır və ilin daha uzun hiss olunmasına səbəb olur.

Beləliklə, beynimizin "daxili saatı" yaşadıqlarımızla işləyir və həyat nə qədər rəngarəng olarsa, zaman da bir o qədər "yavaş" keçmiş kimi görünür.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 877   Tarix: 21 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 356
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 347
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 712
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 262
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 662
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 555
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

08.11.2026 501
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

08.11.2026 317
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 551
.