Göz məşqləri görmə qabiliyyətini bərpa edə bilərmi?
Çoxları göz üçün gimnastikanın görmə qabiliyyətini bərpa edə biləcəyinə inansa da, əslində mütəxəssislər bunun doğru fikir olmadığını bildirirlər.
Oxu.Az Gazeta.ru-ya istinadla xəbər verir ki, Rusiya Piroqov Universitetinin Nesterov adına Oftalmologiya kafedrasının dosenti Angelina Kazantseva belə məşqlərin görmə qabiliyyətinin itməsinə səbəb olan amilləri aradan qaldırmadığını bildirib.
"Görmə ilə bağlı bütün əsas problemlər - uzağı görməmə (miopiya), yaxını görməmə (hiperopiya), astiqmatizm - gözün anatomiyası ilə əlaqəlidir. Göz - məşq vasitəsilə arzu olunan formaya qədər inkişaf etdirilə biləcək əzələ deyil, buna görə də onun optik vəziyyətini dəyişdirmək qeyri-mümkündür. Çünki məşqlə gözü cavanlaşdırmaq olmaz", - deyə həkim izah edib.
Üstəlik, göz məşqi hətta təhlükəli də ola bilər, çünki bəzən insanlar gimnastikanın möcüzəvi təsirinə güvənərək həkimə getməyi təxirə salırlar ki, bu da vəziyyəti daha da ağırlaşdırır.
Bununla belə, A.Kazantseva qeyd edib ki, göz üçün məşqlərin müalicəvi deyil, astenopiya (göz yorğunluğu) simptomlarının qarşısının alınmasında və aradan qaldırılmasında rolu ola bilər. Uzun müddət yaxın obyektlərə (ekran və ya kitab) baxdığımız zaman göz xarici və göz daxili əzələlər daim gərgin vəziyyətdə olur. Bu, narahatlıq, baş ağrısı, gözdə qıcıqlanma hissi və bulanıq görmə ilə nəticələnə bilər. Əksər göz məşqləri qan dövranını yaxşılaşdırmağa, quru göz sindromunun qarşısını almağa və akkomodasiya spazmını ("yalançı miopiya") aradan qaldırmağa kömək edir.
Həkimin sözlərinə görə, ən təsirli göz istirahəti uzağa, məsələn, pəncərədən çölə baxmaqdır.
Mütəxəssis gözlə bağlı ciddi diaqnozu olanlara (yüksək miopiya, torlu qişanın zədələnməsi, qlaukoma) intensiv məşqlərə başlamazdan əvvəl həkimə müraciət etməyi məsləhət görüb.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 488 Tarix: 21 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAyaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356