Bu mürəbbələr şəfa qaynağıdır
Yay aylarında evdar xanımlar qışa hazırlıq üçün mürəbbə tədarük edirlər. Hazırlanan mürəbbələr içərisində moruq, heyva və zoğal mürəbbəsi şəfaverici xüsusiyyətlərinə görə seçilir. Onu da qeyd edək ki, xroniki qaraciyər və öd kisəsi xəstəliyi olanların həmin mürəbbələrdən az istifadə etməsi məsləhət görülür.
"Qafqazinfo" həmin mürəbbələrin faydalı xüsusiyyətləri haqqında məlumatı təqdim edir:
Moruq mürəbbəsi ürək-damar xəstəliklərinin qarşısını alan S vitamini baxımından zəngindir. Araşdırmalar göstərir ki, gündəlik S vitaminin qəbulu infarkt və insult kimi ürək-damar problemləri riskini azaldır. Moruq mürəbbəsi immun sistemini möhkəmləndirir, vitamin çatışmazlığının qarşısını alır, iltihab və mikrob əleyhinə təsiredici gücə malikdir, iltihabı azaltmağa kömək edir və hərarəti salır.
Heyva mürəbbəsini həkimlər xüsusilə vərəm xəstələri üçün tövsiyə edir. Həmin mürəbbə ürək-damar sistemi və qalxanvari vəz üçün də faydalıdır. Norveçli alimlərin apardıqları araşdırmalar göstərir ki, xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğu sübut olunan heyva mürəbbəsi bədxassəli şiş hüceyrələrinin çoxalmasının qarşısını alır. Heyva təbii antibiotikdir, qanı təmizləyir, xəstəliklərdən sağaldır və orqanizmi yoluxucu xəstəliklərdən qoruyur. Bundan başqa bağırsaqları təmizləyir və həzm sistemini yaxşılaşdırır.
Soyuqdəymənin qarşısını alan vasitələr sırasında ağla ilk növbədə zoğal mürəbbəsi gəlir. S vitamini ilə zəngin olan zoğal soyuqdəymə ilə yanaşı, damarları möhkəmləndirir, onların elastikliyini qoruyur, böyrək daşı xəstəlikləri zamanı kömək edir. Bundan başqa sidik yolları iltihabı zamanı zoğal və onun yarpaqları sidikqovucu və iltihab əleyhinə vasitə kimi istifadə olunur. Ümumiyyətlə, zoğal iltihab, bakteriya və virus əleyhinə təsiredici gücə malikdir. Ona görə də mürəbbələrin şəfaverici xüsusiyyətlərini nəzərə alıb onlardan mütəmadi istifadə etmək tövsiyə olunur.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1037 Tarix: 19 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMeqan Marklın atası həbs edildi
Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd
07.11.2026 356 Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü
Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb
07.11.2026 347 Turlar.az - Turizm elanları saytı
saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə
03.11.2026 712 "Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10.11.2026 262 Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə
03.11.2026 662 Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal
06.11.2026 555 Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
08.11.2026 501 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
08.11.2026 317 Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın
04.11.2026 551