Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təzə olub-olmadığını belə yoxlayınBalığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə, həmişə tam təhlükəsiz olmur.

Balığın təzəliyini necə müəyyən etmək olar?

Həkimlərin sözlərinə görə, ilk növbədə balığın xarici görünüşü qiymətləndirilməlidir: Gözlər şəffaf, yumru və parlaq olmalıdır. Qoxu təbii, dəniz və ya çay qoxusu kimi olmalı, ammonyak və ya çürük iy hiss olunmamalıdır.

Bildirilir ki, təsadüfi küçə bazarlarında, sanitar normaların gözlənilmədiyi yerlərdə balıq almaq risklidir. Belə məkanlarda balığın nə qədər müddət açıq havada, buzsuz şəkildə saxlanıldığı bilinmir ki, bu da zəhərlənmə ehtimalını artırır.

Balığı necə saxlamaq lazımdır?

Əgər balıq uzun məsafəyə, soyuducu olmadan daşınacaqsa, həkim istilik saxlayan termo-sumkalardan istifadə etməyi tövsiyə edir. Evdə balıq soyuducunun ən aşağı rəfində, digər məhsullardan ayrı saxlanılmalıdır. Saxlama müddəti 1 gündən, maksimum 1,5 gündən çox olmamalıdır.

Təzə balığın qəlsəmələri hansı rəngdə olmalıdır?

Həkimlərin sözlərinə görə, qəlsəmələr qırmızı və ya çəhrayı rəngdə olmalı, bədənə sıx şəkildə yapışmalı, kənar qoxu gətirməməlidir.

Qeyd edilir ki, müxtəlif balıq növlərində rəng fərqləri ola bilər, buna görə də qoxu əsas göstərici hesab olunur. Şübhə yarandıqda isə belə balıqdan imtina etmək daha doğrudur.

Dondurulmuş balıq necə düzgün əridilməlidir

Xəbərdarlıq edilir ki, balığı otaq temperaturunda əridmək olmaz. Ən təhlükəsiz üsul soyuducuda əridilməsidir. Prosesi sürətləndirmək üçün soyuq suda əridə və ya mikrodalğalı sobadan istifadə etmək olar.

Bişirdikdən sonra istifadə edilmiş qablar mütləq yaxşı yuyulmalı, digər məhsulların qablarından ayrı saxlanılmalıdır ki, çarpaz çirklənmə baş verməsin. Balıq ən azı 70 °C daxili temperaturadək bişməlidir: böyük balıq parçaları sobada 15-20 dəqiqə, qaynadıldıqda, su qaynayan andan etibarən 15-20 dəqiqə hazırlanmalıdır.

Qeyd edilir ki, hətta sağlam görünən balıq belə toksinlər daşıya bilər, buna görə termiki emal mütləqdir. Keyfiyyətdən şübhələndikdə balıq laboratoriyada yoxlanıla bilər. Həkimlər bildirir ki, insanlar şübhəli balığı mərkəzə gətirərək toksikoloji, parazitoloji analizdən keçirə bilərlər. Bu testlər bakteriyaları, toksinləri və digər təhlükəli maddələri aşkar etməyə imkan verir.

Diri balıq həqiqətən təhlükəsizdirmi?

Diri balıq artıq təmizlənmiş balıqdan daha yaxşı seçim ola bilər, amma yalnız satış yeri etibarlıdırsa. Böyük supermarketlərdə balıq düzgün şəraitdə saxlanılır və alıcının yanında təmizlənə bilər, bu da təhlükəsizliyi artırır.

Lakin diri balıq da riskdən tam sığortalanmış deyil. Bəzi balıq fermalarında infeksiyaların qarşısını almaq üçün kimyəvi maddələrdən istifadə olunur, soyuqluq zəncirinin pozulması bakterial çirklənməyə, məsələn, salmonellyoz riskinə səbəb ola bilər. Bu səbəbdən sənədlər, sanitar sertifikatlar və məhsulun mənşəyi mütləq yoxlanmalıdır.

Keyfiyyətsiz balıq botulizmə səbəb ola bilərmi?

Bildirilir ki, risk var, botulizm son dərəcə təhlükəli xəstəlikdir. Xüsusilə düzgün hazırlanmadıqda qaxac, duzlu, hisə verilmiş balıqda təhlükə yüksək olur.

İlk əlamətlər adətən 1-bir neçə saat ərzində yaranır, ürəkbulanma, qusma, hərarətin yüksəlməsidir. Bu əlamətlər baş verərsə, dərhal infeksion xəstəliklər şöbəsinə müraciət edilməlidir. Yola çıxmazdan əvvəl sorbent qəbul etmək vəziyyəti azca yüngülləşdirə bilər. Həmçinin həmin balıqdan nümunələrin laboratoriyaya təhvil verilməsinin vacibliyi qeyd edilir.

Hazır bişmiş balığın təzəliyini müəyyənləşdirmək çətindir

Həkimlərin sözlərinə görə, bişmiş balığın qoxusu və dadı ədviyyatlar səbəbindən yanıltıcı ola bilər. Buna görə də ən etibarlı yol yoxlanılmış müəssisələrdən, etibarlı təchizatçılardan balıq almaqdır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 943   Tarix: 14 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 356
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 347
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 712
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 262
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 662
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 555
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

08.11.2026 501
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

08.11.2026 317
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 551
.