Bakılı "qanuni oğru"nun dostu həbsdə qaldı

Bakılı "qanuni oğru"nun dostu həbsdə qaldıRusiyada apelyasiya instansiyası Penza vilayət məhkəməsi tərəfindən məhkum edilmiş 60 yaşlı "qanuni oğru" Şalva Xonskini bəraətə layiq görməyib.

Lent.az-ın məlumatına görə, 60 yaşlı Gürcüstan vətəndaşı Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (cinayətkar iyerarxiyasında ali mövqenin tutulması) üzrə təqsirli bilinib.

Məlumata görə, məhkum edilmiş "qanuni oğru" öz kriminal statusundan imtina etməyib və cəzaçəkmə müəssisələrində kriminal strukturlara nəzarəti davam etdirib. Xüsusilə, o, "vorovskoy obşak" üçün pul toplayıb, cinayət aləmində təsir dairələrini bölüşdürüb, iyerarxiyanın aşağı səviyyələrinə məhkumlar arasından etibarlı şəxslər təyin edib, məhbuslar arasında mübahisəli situasiyaları yoluna qoyub, kriminal statusun artırılması və ya endirilməsi barədə qərarlar verib.

Nəticədə, hökmlərin məcmusuna görə məhkəmə təqsirkar şəxsə xüsusi rejimli islah müəssisəsində çəkilmək şərti ilə 10 il azadlıqdan məhrumetmə cəzası təyin edib.

Müəyyən edilib ki, məhkum 1992-ci ildə "qanuni oğru" kriminal statusunu alıb. Yəni cinayət aləmində formalaşan qeyri-rəsmi münasibətlər sisteminə təsir etməyə imkan verən mübahisəedilməz nüfuza malik şəxs kimi tanınıb.

Şalva dəfələrlə məhkum olunub. 2017-ci ildən etibarən o, insan oğurluğu, quldurluq və zərərçəkmişin ölümünə səbəb olan qəsdən ağır bədən xəsarəti yetirmə maddələri üzrə ittiham olunduğu cəzasını Penza vilayətində yerləşən cəzaçəkmə müəssisəsində çəkir.

Qeyd edək ki, Şalva Xonski əslən bakılı olan məşhur "qanuni oğru" Taleh Dağlıyevin yaxın dostudur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 651   Tarix: 28 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.