Həm çiçəkdir, həm dərman
Çobanyastığı insanın sağlamlığı üçün ən faydalı bitkilərdən biri sayılır. Çobanyastığı çox güclü antiseptik, mikrob və virus əleyhinə xüsusiyyətlərə malikdir.
"Qafqazinfo" ki, angina, faringit zamanı çobanyastığı dəmləməsinin istifadəsi çox yaxşı effekt verir. Bunun üçün 1 xörək qaşığı quru çobanyastığı 1 stəkan qaynar suda dəmlənir, süzülür və gün ərzində bir neçə dəfə qarqara kimi istifadə olunur.
Təbii ki, çobanyastığı dəmləməsi (bütün digər xalq təbabəti vasitələri kimi) yalnız köməkçi müalicəvi vasitə kimi (xəstəliyin həkim tərəfindən təyin olunmuş əsas müalicəsi ilə paralel olaraq) istifadə edilə bilər.
Diş ağrısı, diş və damaq iltihabları, digər ağız boşluğu iltihabları (stomatit və s.) zamanı da çobanyastığı dəmləməsi çox yaxşı təsir edir.
Zökəm, haymorit, sinusitlər zamanı çobanyastığı dəmləməsi ilə burun boşluğunu yumaq və buruna çobanyastığı yağı (hər burun yoluna 1-2 damcı) damcılamaq çox effektlidir.
Çobanyastığı bütün mədə-bağırsaq sisteminə çox yaxşı təsir edir. Belə ki, çobanyastığı dəmləməsi (daxilə qəbul edilir) mədə-bağırsaq sistemində olan iltihablarla, parazitlərlə (lyambliya, askarid qurdu) uğurla mübarizə aparır, qarında köp, sancılar, ishal zamanı yaxşı kömək edir, öd qovucu təsirinə malikdir, iştahanı artırır, mədə şirələrin ifrazını stimullaşdırır.
Qastrit, kolit, mədə və onikibarmaq bağırsağı xorası xəstəlikləri zamanı çobanyastığı dəmləmələri çox effektlidir.
Çobanyastığı insanın sinir sisteminə da çox yaxşı sakitləşdirici təsir edir. Məhz bu səbəbdən çobanyastığı uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş bir çox sakitləşdirici preparatların tərkibinə daxildir. Gecə yatmazdan əvvəl 1 stəkan çobanyastığı çayına (1 stəkan qaynar su + 1 çay qaşığı çobanyastığı) 1 çay qaşığı bal əlavə edib için. Bu vasitə yaxşı sakitləşdirici təsir edir və yuxusuzluqla mübarizə çox yaxşı köməkçidir. Bundan əlavə, belə çay yüksək qızdırmanın salınmasına kömək edir.
Çobanyastığı "qadın otu" sayılır. Çobanyastığı ginekologiyada iltihabəleyhinə vasitə kimi geniş istifadə olunur.
Çobanyastığı dəmləməsi sidik kisəsi və sidik yolları iltihabları zamanı yaxşı kömək edir.
Bir çox dəri iltihabları və xəstəlikləri zamanı çobanyastığı vannaları və islatmaları istifadə olunur. Çobanyastığı ilə olan ayaq vannaları ayaqların güclü tərlənməsi ilə mübarizədə sınanmış vasitədir.
Çobanyastığı kosmetologiyada da geniş istifadə olunur. Çobanyastığı dəmləməsi üz dərisini təmizləyir, iltihabla mübarizə aparır, saçları daha parlaq, möhkəm və canlı edir, kəpəkdən azad olmağa kömək edir.
Bütün bu faydalı xüsusiyyətlə yanaşı, çobanyastığı allergik xüsusiyyətlərinə malikdir. Bu səbəbdən allergiyaya meyilli olan insanlar bu otdan çox ehtiyatlı istifadə etməlidir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 925 Tarix: 20 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817